Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında Bakı, 10 may, 2016, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Mayın 10-da “Qafqaz Media” İctimai Birliyində ulu öndər Heydər Əliyevə həsr edilmiş “Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İctimai birliyin sədri Azadə Hüseynova Ümummilli Liderin Azərbaycan dövlətinin taleyində, siyasi və ictimai həyatında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə çoxcəhətli fəaliyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışı ilə əsasını müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik təşkil edən yeni bir ideologiyanın bünövrəsi qoyulub.

Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Knyaz Aslan, şair Zərəngiz Dəmirçi Qayalı, tanınmış jurnalist Müşfiq Borçalı və digər çıxış edənlər Ümummilli Liderin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə inkişafın yeni mərhələsinin təməli qoyulduğunu bildiriblər.

Çıxış edənlər görkəmli dövlət xadiminin öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə ölkəmizi dünyada tanıtdığını vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sırasında onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur. Ümummilli Lider sovet dövründə ölkəmizin inkişafı naminə həyata keçirdiyi böyük işləri müstəqillik illərində daha geniş miqyasda davam etdirib. Bu böyük tarixi şəxsiyyət xalqın yaddaşında əbədi qalacaq.

Foyedə “Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında” adlı sərgi nümayiş olunub.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: