"Biznesmen" Filminin Qala gecəsi

"Biznesmen" Filminin Qala gecəsi"Biznesmen" Filminin Qala gecəsi"Biznesmen" Filminin Qala gecəsi"Biznesmen" Filminin Qala gecəsi "Biznesmen" Filminin Qala gecəsi "Biznesmen" Filminin Qala gecəsi"Biznesmen" Filminin Qala gecəsi "Biznesmen" Filminin Qala gecəsi
Şair-dramaturq
Ramiz Abdullayevin
eyniadlı əsəri əsasında
Nail Naiboğlunun
rejissorluğu ilə
lentə alınan
“Biznesmen” filminin
Qala gecəsi baş tutub.

ZiM.Az-ın məlumatına görə,
xalq artisti Arif Quliyev,
aktrisa Xuraman Əlizadə,
aparıcılar Anar Nəcəfli,
Kamran Quliyev
və başqalarının
rol aldığı filmin ilk nümayişi
2015-ci il aprelin 13-də
Bakıdakı "Nizami" Kino
Mərkəzində baş tutub.

Gecəyə filmin
aktyor heyəti ilə yanaşı
xalq artisti Flora Kərimova,
tanınmış şairlərdən
professor Vüqar Əhməd,
Məhsəti xanım, Oqtay Rza,
tanınmış jurnalistlərdən
"Azərbaycan Dünyası" jurnalının
Baş redaktoru Eldar İsmayılov,
"ZiM.AZ" saytının, "Ziya" və
"Şərqin səsi" qəzetlərinin
baş redaktoru Müşfiq Borçalı,
"Dostluq Məşəli" qəzetinin
baş redaktoru Fərman Borçalı,
Turanxeber.Az saytının
rəhbəri Güllər Amin,
tanınmış müğənnilərdən
Elxan Şirinov, Yaşar Cəlilov,
Ayan Babakişiyeva,
Almaxanım Əhmədli,
Aysel Əlizadə, Sevinc,

modelyer Fəxriyyə Xələfova,
teleaparıcılar Hacı Nuran,
Vüsalə Əlizadə,
Zemfira Adıgözəlova,

eləcə də Fərman Ufurçalı,
Rəsmiyyə xanım,
Aybəniz xanım

və başqaları qatılıb.

Təqdimat mərasimini
giriş sözü iə
İTv-nin aparıcısı
Kamran Quliyev
açaraq, sözü rejissor
Nail Naiboğluna verib.
Film haqqında
fikirlərini bölüşən
rejissor N.Naiboğlu
filmin 6 aya ərsəyə
gəldiyini bildirib.
O, daha sonra deyib:

“Bu gecə yanımızda olan
hər kəsə təşəkkür edirəm.
Film mənim ürəyimcə oldu.
İnanıram ki, tamaşaçılar da bəyənəcək.
Klip bazarında öz sözümü demişəm.
Son dövrdə film çəkilişləri artıb.
İstədim ki, kino sahəsində
mən də bacarığımı göstərim.
Əmin idim ki, film sahəsində də
uğura imza atacam.
Elə buna görə də filmin
çəkilməsinə qərar verdim.
Ekran işində aktyorlarla yanaşı,
müğənnilər də rol alıb.
Çəkiliş prosesləri o qədər də
asan keçməyib.
Hər bir işdə olduğu kimi
burada da çətinliklərlə üzləşdim.
Amma peşəkar yaradıcı
komandamın sayəsində
bunun da öhdəsindən gələ bildim.
Bu işdə mənə dəstək olan
hər kəsə təşəkkür edirəm.
Bütün dostlarıma uğurlar arzulayıram”.


Sonra şair-dramaturq
Ramiz Abdullayev çıxış edib.
O, müasir və müstəqil
Azərbaycanın qurucusu,
xalqımızın Ümummmilli lideri,
Ulu öndər Heydər Əliyevi
böyük minnətdarlıq
hissi ilə xatırlayıb,
respublikamızın bu günkü
ictimai-siyasi vəziyyəti,
əldə olunan nailiyyətlərimiz
və uğurlarımız üçün
Respublikamızın Prezidenti
möhtərəm İlham Əliyevə
öz minnətdarlığını bildirib.
Daha sonra isə
Ramiz Abdullayev
filmin bütün yaradıcı heyətinə
və gecənin iştirakçılarına
öz dərin təşəkkürünü
bildirib.


P.S.:

Fürsətdən istifadə edərək,
biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
"Biznesmen" pyesinin müəllifi,
tanınmış şair-dramaturq Ramiz Abdullayevi,
filmin rejissoru Nail Naiboğlunu
və eləcə də filmdə əməyi olan hər kəsi
ürəkdən təbrik edir və onların hamısına
yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..



"Biznesmen" Filminin Qala gecəsi P.S.S:

Əziz və hörmətli dostum-qardaşım,
tanınmış şair-dramaturq
Ramiz Abdullayevi
bu günlərdə
AzərKİVİHİ tərəfindən
"Azərbaycan Zyalısı"
Fəxri Mükafatı
ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edir və
ona bir daha yeni-yeni uğurlar,
yeni-yeni nailiyyətlər arzulayırıq!..


Dərin hörmətlə,
Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: