Layihə çərçivəsində “Müstəqilliyin 25 ili: Azərbaycançılıq ideyası və dil siyasəti” adlı nəfis tərtibatlı kitab çapdan çıxıb.
Nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, layihə rəhbəri Dəyanət Osmanlı, redaktorlar Şahyəddin Əliyev, Əkbər Qoşalı və İbrahim İlyaslıdır.
"Türk dünyası İnfo" ictimai birliyinin sədri Dəyanət Osmanlı bildirib ki, ölkəmizin müstəqilliyinin 25 illik bir dönəmində azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsi və uğurlu dil siyasəti prosesi araşdırılıb. Ümummilli lider Heydər Əliyevin reallaşdırdığı azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında milli birliyin yaranmasındakı rolu diqqət mərkəzinə çəkilib, ana dilinin təkmilləşdirilməsi yönümündə görülmüş işlərə nəzər salınaraq seçmə materiallar kitablaşdırılıb. Nəşr elmi dairələr, yaradıcı gənc nəslin nümayəndələri arasında böyük ictimai əhəmiyyətə malik azərbaycançılıq və dövlətimizin ana dilinin inkişafına qayğısı məsələlərinin öyrənilməsi, o cümlədən milli-mənəvi dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Kitabın təqdimatının Quba və Sumqayıt şəhərlərində keçirilməsi nəzərdə tyutulub.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.