“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə

“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə “Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə Mayın 7-də Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıdakı "Alov qüllələri" komplekisindəki “Fairmont” otelində Dünya şöhrətli syasəti, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və təşkilatın yaranmasının 10 illik yubileyi münasibəti ilə “Əfsanəvi Öndər” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Sonra tədbirin aparıcısı - tanınmış tele-jurnalist Vüsalə xanım Əsgərova ədəbi-bədii gecəni giriş sözü ilə açmaq üçün ilk sözü "Yeni Yurd" ictimai birliyinin sədri Mahirə xanım Əsədovaya verib.

Mahirə xanım Əsədova qonaqları və eləcə də bütün tədbir iştirakçılarını səmimi salamladıqdan sonra rəhbərlik etdiyi təşkilatın Azərbaycan dövlətinə vediyi töhfələrdən danışıb. Yığcam kollektivlə qarşıya qoyduğu planların həyata keçirilməsi üçün əzmlə çalışdığını qeyd edən Mahirə xanım, təşkilat fəallarının dəstəklənməsi üçün də müəyyən planlarını həyata keçirməyi düşündüyünü vurğulayıb. Daha sonra o, bildirib ki, öz fəaliyyətini Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması və Ulu öndər Heydər Əliyev ideyalarının təbliğatı və davamı davamlı inkişaf etdirilməsi istiqamətində quran “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi, Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edən, respublika miqyaslı, bir sıra sosial, eyni zamanda vətənpərvər layihələrə imza atıb. 10 illik fəaliyyəti müddətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən nümunə götürərək, genişmiqyaslı layihələrin müəllifi olan ictimai birlik, ölkədə aparılan gənclər siyasətinə, vətəndaşlar arasında vətənpərvərlik işinin aparılmasına, ziyalı nəslin yetişdirilməsinə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyata keçirdiyi humanist siyasətə dəstək üçün müxtəlif tədbirlər reallaşdırıb.

Sonra çıxış üçün söz Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Millət vəkili, Akademik İsa Həbibəyliyə verilib. O, Ümummili lider Heydər Əliyevin şərəfli həyatı və nümunəvi fəaliyyəti barədə ətraflı məlumat verərək vurğulayıb ki, Azərbaycanın dinamik inkişafını təmin edən uğurlu islahatların həyata keçirilməsi Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş neft strategiyası Azərbaycanın həm iqtisadiyyatına, həm də ölkənin geosiyasi mövqelərinin möhkəmlənməsinə öz töhfəsini verib və verir. Ulu öndər Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən akademik söyləyib ki, bu gün Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, həm də sabitliyi ilə dünyanın diqqətini özünə cəlb edən ölkələrdən biridir.
Daha sonra akademik İsa Həbibbəyli son vaxtlar "Yeni Yurd" ictimai birliyi ilə birgə keçirdikləri tədbirlərdən danışıb, xüsusilə də, Xocalı soyqırımının beynəlxalq aləmə tanıdılması üçün Mahirə Əsədovanın atdığı uğurlara qəlbən sevindiyini bildirib.

Daha sonra çıxış edən Millət vəkili Elmira Axundova “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin, eyni zamanda təşkilatın sədri Mahirə Əsədovanın fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, “Yeni Yurd”un həyta keçirdyi hər bir layihə xalıqmızın və dövlətimizin inikişafına hesablanıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İctimai-Siyasi məsələlər Şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tanınmış alim Asif Rüstəmli, habelə, Türkiyənin Diyarbekir vilayətində yaşayan Nesrin Erdoğmuş çıxış edərək, "Yeni Yurd"un bütün fəallarını təbrik ediblər.

”Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin bu təhlükədən xilas olduğunu, böyük inkişaf yoluna çıxdığını bildiriblər.

“Yeni Yurd”Sosial İnkşaf ictimai birliyinin dəvəti ilə bakıya Türkiyəli şairə Nesrin Erdoğmuş təşkilatın sədri Mahirə Əsədovaya minnətdarlığını bildirərək Ümummili Lider heydər Əliyevin doğum günü ilə bağlı təşkil olunmiş tədbirdə iştrak etdiyi üçün şad olduğunu söyləyib.

Tədbirdə bir sıra elm, mədəniyyət, ədəbiyyat xadimləri mükafatlandırılıb. AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Məclisin deputatı Elmira Axundova, Azərbaycanın Macarıstan Respublikasındakı Fövqaladə və sələhiyyətli səfiri, tanınmış alim-diplomat Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycanın Xalq şairi Fikrət Qoca, Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycanın Xalq şairi Zəlimxan Yaquba, Azərbaycanın Xalq artistləri Alim Qasımov və Ağadadaş Ağayev “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin 10 illik yubileyi münasibəti ilə təsis etdiyi “Böyük yurdsevər” mükafatı ilə təltif olunublar.

Tədbirdə həmçinin Türkiyədən gəlmiş qonaq, şairə Nesrin Erdoğmuşa ictimai birliyin “Xurşidbanu Natəvan” mükafatı təqdim olunub.

Tədbir incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib. Tanınmış müğənni, Prezident təqaüdçüsü Ağadadaş Ağayev, Samir Salam, Elnur Məmmədov və b. maraqlı musiqi nömrələri ilə tamaşaçıların ürəklərini oxşayıblar.
Onlar, gördükləri səmimi dostluq üçün tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırıblar.

Sonda xatirə foto-şəkilləri çəkilib.

Aytac MƏDƏDLİ.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: