Nə xoş ki, belə bir parlaq şəxsiyyət Azərbaycana rəhbərlik edir...

Nə xoş ki, belə bir parlaq şəxsiyyət Azərbaycana rəhbərlik edir... TƏBRİK EDİRİK!..

Azərbaycan
Respublikasının
Prezidenti
cənab İlham Əliyevi
anadan olmasının
55 illiyi münasibəti ilə
təbrik edirəm.
Ona ən xoş duyğularımı çatdırmaqdan məmnunluq duyuram.

Prezident İlham Əliyev mükəmməl dövlət adamı, peşəkar siyasətçidir.
O, ulu öndər Heydər Əliyevin zəngin həyat məktəbinin xüsusiyyətlərini, idarəçilik təcrübəsinin incəliklərini mənimləmiş liderdir, müasir dövlətçilik ənənələrimizin layiqli davamçıdır.


Dövlət başçımızın ötən rəhbərliyi müddətinə, əldə edilmiş misilsiz nailiyyətlərə nəzər salarkən qətiyyətlə söyləmək mümkündür ki, Azərbaycan dünyada heç vaxt indiki qədər tanınmamış, qəbul edilməmişdi. Cənab İlham Əliyev belə bir yüksək statusu ölkəmizə qazandıran, məhz buna görə də adı tarixdə qalacaq dövlət xadimidir.

Prezident İlham Əliyev mətbuata hər zaman diqqət və qayğı ilə yanaşıb, jurnalistikanın dövlət idarəçiliyindəki rolunu yüksək qiymətləndirib, ümumən medianın cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsindəki, sağlam düşüncə tərzinin formalaşmasındakı missiyasına son dərəcə həssas münasibət göstərib. Çıxışlarında jurnalist fəaliyyətinin ən müxtəlif aspektlərinə toxunaraq səsləndirdiyi fikirlər, peşənin demokratik dövlət quruculuğu prosesindəki mahiyyətini əsaslandıran arqumentləri onun parlaq şəxsiyyət obrazını canlandırır.

Nə xoş ki, belə bir parlaq şəxsiyyət Azərbaycana rəhbərlik edir.
Bir daha cənab İlham Əliyevə anadan olmasının 55 illiyi münasibəti ilə təbriklərimi, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, ölkəmiz onun idarəçiliyi ilə daha yüksək zirvələri fəth edəcək.
Dövlət başçımıza bu yolda uğurlar arzulayıram.

55 yaşınız Vətənimiz, xalqımız üçün düşərli olsun.
Uca Tanrı nəzərlərini üzərinizdən əskik eləməsin, cənab Prezident!


Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri,
Millət vəkili,
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: