Bu gün
Milli Televiziya və
Radio Şurasının
(MTRŞ) üzvü,
“Kaspi” qəzetinin
təsisçisi
Sona xanim
Vəliyevanın
doğum günüdür.
Vəliyeva Sona
Məhəmməd qızı
1962-ci ildə
Naxçıvan Muxtar
Respublikasının
Şərur rayonunda
anadan olmuşdur.
1980-1984-cü illərdə
ADİU-nun
Mədəni-maarif
fakültəsinin
təşkilatçı-metodist
şöbəsində
təhsil almışdır.
1984-1994-cü illərdə
Ü.Hacıbəyov adına
Naxçıvan Musiqi
Texnikumunda
müəllimə,
1995-1999-cu illərdə
“Səs” qəzetində müxbir,
1999-2007-ci illərdə
“Kaspi” qəzetində
direktor
vəzifələrində çalışmışdır.
2005-ci ildə
jurnalist fəaliyyətinə görə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
“Tərəqqi” medalına
layiq görülmüşdür.
2005-ci ildə
namizədlik dissertasiyasını
müdafiə edərək
filologiya elmləri namizədi
alimlik dərəcəsini almışdır.
2007-ci ildə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə
Milli televiziya və
radio şurasının üzvü
təyin edilmişdir.
Ailəlidir. İki övladı var.
ZiM.Az-ın bütün
yaradıcı heyəti adından
Sona xanımı
doğum günü münasibətilə
ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm can sağlığı,
işlərində və
yaradıcılıq fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.