
Öncə muzeyin foyesində görkəmli ədibin həyat və yaradıcılığına həsr olunmuş 10 lövhədən ibarət sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, Millət vəkili, akademik Rafael Hüseynov açaraq Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından olan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söz açıb. Bildirib ki, sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.
Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı Bəxtiyar Vahabzadənin yaradıcılığını öyrənmək zərurətindən danışan R.Hüseynov azərbaycançılıq fəlsəfəsinin mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilmiş dahi Bəxtiyar Vahabzadənin də daim yaşayacağını vurğulayıb.
Muzeyin direktoru konfransın materiallarının kitab şəklində çap olunaraq şairin yaradıcılığının tədqiq olunması üçün elmi müəssisələrə təqdim olunacağını diqqətə çatdırıb.

Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.


Tədbir öz işini “Bəxtiyar Vahabzadə və Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusu”, “Bəxtiyar Vahabzadə və Azərbaycan dramaturgiyasında tarixilik”, “İnsan konsepsiyası və bədii qəhrəman”, “Türk dünyası ədəbi əlaqələrin keçmişi və bugünü”, “Masir Azərbaycan ədəbiyyatında sənətkarlıq problemi” bölmələri üzrə
davam etdirib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.