Lahıcda Changan aşiqləri və onları müşahidə edən media nümayəndələri kəndin tarixi abidələri, muzeyləri və məşhur ticarət küçəsi ilə tanış oldular. Eyni zamanda yerli əhali Changan avtomobilləri ilə daha yaxından tanış olmaq, onları maraqlandıran sualları avtomobil sahiblərinə vermək imkanı əldə etmişdirlər.
Axşam klub üzvləri üçün yerləşdikləri oteldə şam yeməyi təşkil olundu. Bir araya toplaşmış Changan sevərlər avtomobillərin istismarı, texniki xidməti və xüsusiyyətlərindən bir birləri ilə fikir mübadiləsi apardılar. Sonra isə klubun yeni üzvlərinə klubun yaranması, məqsədi və gələcək tədbirləri haqda məlumat verildi, yaranmış suallar cavablandırıldı. Gecənin sonunda toplaşanlara Changan şirkəti, onun nailiyyətləri və istehsal prosesi barədə video çarxlar nümayiş olundu. Arzu edənlər xüsusi hazırlanmış bayrağın önündə yadigar şəkil çəkdirə bilərdilər.
Növbəti gün klub üzvləri avtomobillərinə istirahət verib atlarla Lahıc dağlarına yola düşdülər. Burada Lahıc şəlaləsinin yaxınlığında, çayın kənarında xüsusilə bu tədbir üçün Bakıdan dəvət olunmuş peşəkar aşbazın köməkliyi ilə qonaqlar üçün piknik təşkil olunmuşdur. Günün ikinci yarısı Changan avtomobilləri Bakıya yola düşdülər.
Qeyd etmək lazımdır ki, kluba daim dəstək olan “Sirena Motors” şirkəti bu dəfə də yüksək təşkilatçılığı ilə seçildi. Ənənəyə sadiq qalaraq hər bir avtomobil yanacaqla təmin olundu. Bu kimi tədbirlər Changan avtomobillərini tanıtmaq üçün ən yaxşı vasitələrdən biridir
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.