15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 2 övladı var.
Naxçıvanda mühüm dövlət vəzifələrində çalışmış Fəttah Heydərovun oğludur.
"Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovun atasıdır.
Hal-hazırda Azərbaycan Respublikasının Fövqaladə Hallar Naziridir.
ƏZİZ NAZİRİMİZ, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Hörmətlə:
Nazilə Səfərli
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.