Tanınmış elim adamı Müşfiq Mədəd oğlu Borçalı
hələ tələbəlik illərindən başlayaraq
Azərbaycanımız üçün 30-dan çox böyük və
dəyərli kitablar yazıb, ərsəyə çatdırmış,
bir para qaranlıq sahələri araşdırıb,
üzə çıxarmışdır. Bu günlərdə
Müşfiq Borçalının qələmə aldığı
“Sazlı sözlü Başkeçid” adlı üç cilddən ibarət
daha bir sanbalı kitabı nəfis şəkildə çap olunaraq
oxucuların ixtiyarına verilmiş və qısa müddətdə
hamı tərəfindən böyük rəğbət qazanmışdır.
Gərgin zəhmət hesabına başa gələn bu dəyərli kitabı
münasibəti ilə Müşfiq Borçalını ürəkdən təbrik edir və
bu kiçik şerimi ona ünvanlayıram.
Haqqdan qələm bağışlanıb,
Yazdıqları nağıllaşıb,
Dədə Qorquddan bu yana
Ölkəmizdə alqışlanıb.
Ata-oğul yazıbsınız,
Borçalını anaıbsiniz,
Tanrım sizə bəxş eyləyib,
Fəxri adlar alıbsınız.
Müşfiq Allah bəndəsidir,
Borçalının öz səsidir.
Türk xalqının öncül oğlu -
Sevildikcə seviləsidir.
Kim oxuyub salsa nəzər,
Hafizəsi təzələnər.
Adlı - sanlı qəzetləri,
Ələ keçsə əl-əl gəzər.
Qoruyub, saxlayıb düzü,
Professor yazıb “Ön söz”-ü,
Sazlı sözlü Başkeçidin
Görüşünə gedir özü.
Fikir versəz hər anına,
Gələnlər çoxdur yanına.
Saya gəlməz yazdıqları,
Köməkdi yeni yazana.
Uzaqlardan gəlir səsi,
Dəyərlidi hər kəlməsi.
Qədir bilən alimlərimiz,
Sayır elmin sayt seçməsi.
Harda olsa uça görüm,
Yüz yaşında qoca görüm.
Yolu zirvəyə doğru-
O zirvəyə çata görüm.
Hörmətlə,
Ələddin Rövşənoğlu,
Gürcüstan Respublikası
Ərcivan-Sarvan kəndi,
“Şərəf” ordenli müəllim.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.