Tağıyevin Əhmədlidəki məktəbi

Tağıyevin Əhmədlidəki məktəbiHacı Zeynalabdin Tağıyev nə üçün İran şahı Müzəffərəddin şaha borclu qalmadı?

Hacı Zeynalabdin Tağıyev haqqında yazdığım məqalələrin hamısında onun elm və maarif haqqında gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edirəm. Müqayisədə, özümdən asılı olmayaraq, birinci yerdə həmişə H.Z.Tağıyev olur.

Hər dəfə arxiv materiallarına müraciət edərkən,maarifçi ziyalılarımız,təhsilə qayğı göstərən xeyriyyəçılərimiz haqqında məqalə yazarkən, əlləri çox da uzaqlara gedib çatmayan babalarımızın elm və təhsil yolunda özlərinə məxsus fədakarlığı qarşısında baş əyirəm.

Müxtəlif illərdə H.Z.Tağıyev haqqında Azərbaycan və rus dillərində yazdığım "Плохих педагогов Г.З.Тагиев не держал ( "Баку "-04.02 1993), "Носил ли Г.З.Тагиев белые перчатки?" ("Баку ", 06.02.1993),"Onların arzuları" ("Azərbaycan məktəbi",2008,№8, səh.100-104), "İşıq" qəzeti H.Z.Tağıyevin bir portreti haqqında"( Milli Azərbaycan Tarixi Muzeyi -2011, səh. 195-200) adlı məqalələr oxucular və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Sonralar bu mövzuya dəfələrlə qayıtmışam.
H.Z.Tağıyevin Əhmədli kəndində öz fabrikində işləyən fəhlələrinin uşaqları üçün açdığı ibtidai məktəbə aid yazım da bu mövzudadır.

XX əsrin əvvəllərində - 7 oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan qızlar məktəbi tezliklə məşhurlaşmağa başladı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi. Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.
1902-ci ilın sentyabrında İranın Qacarlar nəslindən olan 5-ci şahı Müzəffərəddin şah Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin müşayiəti ilə onun şəxsi vəsaiti ilə açılmış Bakı Qızlar Məktəbinə gəlir. Məktəb şahın çox xoşuna gəlir. İran şahı burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır.
Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək istəyir. H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı Quberniyası və Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, ona məxsus olan Əhmədli Lifli Materiallar Zavodunun fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı vətəndaş olmaları üçün Əhmədli kəndində ibtidai məktəb açılmasına icazə istəyir və məktəbə İran şahı Müzəffərəddin şahın adının verilməsini xahiş edir. Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Təhsil Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Təhsil Dairəsinin hamisi (popeçiteli-N.N.) 1903-cü ilin martında 381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildirsə də, nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
İran şahı Müzəffərəddin şah (1853-1907) bəzi mənbələrdə yazıldığına görə, 1900-cu ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Əbdülhəmid şahdan Azərbaycan (Cənubi Azərbaycan- N.N.) məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Gürünür , İran şahının Bakıdakı Qızlar Məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdu
Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra- 1904- cü il oktyabrın 1-də H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışı qərarlaşdırılır. Lakin məktəbdə ilk dərslər bir aydan sonra-1904-cü il dekabrın 4-də keçirilir.Bu fakt H.Z.Tağıyevin adından Bakı - Dağıstan Xalq Məktəbləri İdarəsinə göndərilən məktubda öz əksini tapmışdır. Məktubda göstərilir ki, Əhmədli kəndindəki ibtidai məktəbdə ilk dərslər 1904-cü il dekabrın 4-də keçirildiyi,rəsmi açılışın isə 1905-ci ilin aprelində olacağı xəbər verilirdi. Rəsmi aşılışının niyə məhz bu tarixdə keçiriləcəyinin haqqında dövri mətbuatdan və tarixi mənbələrdən ətraflı məlumat toplamaq mümkündür.
Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki Kağız-İplik və Toxuculuq Fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.

Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi.
1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlilibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Birincisi, onun qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi. O, paytaxt ictimaiyyətinin tanıdığı, biliyinə və savadına güvəndiyi ziyalılardan idi. Əbdüləli bəy Vəlibəyov 1904- cü il oktyabrın 27-də H.Z.Tağıyevin x səbəbi bilinmir.ahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi. İkincisi, Bakıya dəvət olunan qardaş- Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi. O, 1896-cı ildə Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor vəzifəsinə göndərilmişdi.

8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərənən Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat müəllim kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq- N.N.) dəvət olunmuş, lakin o, məktəb açılanacan Sabunçu kənd məktəbində işə düzəldiyinə görə Əhmədli kənd məktəbində işləməmişdir. İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada-H.Z.Tağıyevin Əhmədlikəndindəki ibtidai məktəbində Azərbaycan dili və şəriət dərslərini keçmişdi.
Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur.

Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda məktəbə R.Cəfərov direktor təyin olunmuşdur. Lakin o, bu vəzifədə bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.Vera Stefanovskayanın yerini M.Reyn tutur. M.Reyn Əhməıdli kənd məktəbində əmək fəaliyyətinə 1914-cü iln oktyabrında başlayır. M.Reyn 1914-cü il oktyabrın 29-da də təhsil müfəttişinə yazdığı məktubda fəaliyyətə başladığı təhsil ocağının işindən narazılıq edir və tədrisin yüksəldilməsi yolunda görəcəyi təxirəsalınmaz işləri sadalayır.

M.Reyn əslən ukraynalı idi.M.Reynin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin müfəttişinin sorğusuna əsasən, M.Reynin 1917-ci il iyulun 27-də yazdığı cavab məktubdan məlum olur ki, o, Kiyevin Teatralnaya küçəsinidəki 3 nömrəli evin 11- mənzilində yaşayır.

1909-cu il yanvarın 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində (qarma siniflərdə ) oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi.Müsəlman şöbəsində - beynəlmiləl siniflə1rdə oxuyanların sayı 7 nəfər idi. Digər müsəlmanlar( azərbaycanlılar--N.N.)- milli siniflərdə oxuyurdular.

1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbininin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı. Burada "xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani-N.N. ) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.

H.Z.Tağıyevin ibtidai məktəbinə aid son sənədlər 1917-ci il axırlarında imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur. Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları, dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir.
1916-cı ildə məktəbin nəzdində yaşlılar üçün gecə kursları açılmış, şəhər məktəbini bitirmiş Mir Məcid Abdullayev fəhlə-şagirdlərə müəllimlik etmişdir.

H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdiriblər. Onlarıh adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.

Söz ardı.

H.Z.Tağıyevin Əhmədli kənd ibtidai məktəbinin 110 yaşını mütləq respublika səviyyəsində keçirmək lazımdır. Bu tədbir təhsilimizin tarixini öyrənmək baxımından çox gərəkli görünür.

Ədəbiyyat
1. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi:F.309,siyirmə 1,saxlama vahidi 814.

2.ARDTA:fond 372,siyahı 1, saxlama vahidi 50.
3.Nazim Nəsrəddinov. Hacı Zeynalabdin Tağıyevin Bakıdakı kənd məktəbinin tarixindən/ Milli Azərbaycan Tarixi Müzeyi elmi məcmuəsi,Bakı ,2014,səh.126-134.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Bakı, 31.12.2012-18.09.2015.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: