1985-ci ildə dünyaya göz açan Leyla xanım Əliyevanın gənc olmasına bamayaraq, onun haqqında danışmaq və yazmaq o qədər də asan deyildir. 30 yaşlı gənc bir xanımın böyük layihələrə imza atması və o işlərin öhdəsindən layiqincə gəlməsi əlbəttə ki, onun genindən gələn fitri istedadının olduğunu xəbər verir.
Ümummilli liderimiz Heydər Əliyev məktəbindən bəhrələnən və ulu öndərin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin ailəsində dünyaya göz açan, ölkənin birinci xanımı Mehriban Əliyevanın gözəl analıq qayğısı və tərbiyəsi ilə böyüyən Leyla xanım hər atdığı addımında ailəsinin şərəfini qorumağa çalışır. Təbii ki, belə bir nəslin, ailənin nümayəndəsi başqa cür ola da bilməz.
Moskvada anadan olan lakin, orta təhsilini Bakıda 160 saylı orta məktəbdə alan Leyla xanım, ali təhsilini İsveçrə və Böyük Britaniyada davam etdiribdir. Vətəndən uzaqda təhsil alan bu xanım rus, ingilis dillərində sərbəs danışsa da doğma ana dilinə olan məhəbbətini vətənə, yurda olan sevgisi ilə bildirir. Bir çox ictimai işlərdə fəal iştirak edən Leyla xanım Əliyeva hər addımında gördüyü işlərində özünə hesabat verərək, qəlbində bir Azərbaycan adı, bir yurd sevgisi yaşadır.
Leyla xanım Əliyeva azərbaycanlıların milli dəyərlərindən ruh alaraq, nənələrimizin, analarımızın keçdiyi həyat yolunu davam etdirməkdədir. Azərbaycanlıların tarixən humanist, xeyirxah və nəcib hisslərə malik olduğunu nəzərə alsaq bu xanımın Azərbaycan xanımlarına xas olan xüsusiyyətlərini görə bilərək. Kömək məqsədilə tez-tez uşaq və körpələr evinə, internatlara baş çəkən Leyla xanım Əliyevanın korpələr evindən qız uşağını himayəsinə götürməsi onun əsl ana ürəyinə sahib olduğunu gözlərimizin önündə bir daha canlandırdı. Artıq Leyla xanım iki oğul bir qız anasıdır. Onun ailəsində Əli, Mikayıl və Əminə adlı üç gözəl övlad böyüməkdədir.
Leyla xanım Əliyeva olduqca kübar bir xanımdır. O öz gözəl rəftarı, nitqi, bacarığı və mehribanlığı ilə həqiqi mənada gəncliyə səslənən bir varlıqdır. Gəncliyə bir örnək olan bu xanımı gənclik məktəbi də adlandırmaq olar. Beləki onun gənclərə dəstək olması bunun əyani sünutudur. Leyla xanımın üzündəki təbəssüm onun qəlbinin aynasıdır.
Leyla xanım Əliyeva eyni zamanda ictimai xadimdir. Onun Azərbaycan üçün xarici ölkələrdə gördüyü işlər yetərincədir. Leyla xanımın təkcə “Xocalıya Ədalət” kampaniyası dünyanın 40-dan çox ölkəsinə səs salan layihələrdəndir.
2008-ci il 8 may tarixində Şuşanın işğalının ildönümü günü irəli sürülən bu təşəbbüs, Dialoq və Əməkdaşlıq uğrunda İslam konfransı Gənclər Formunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyeva tərəfindən edilmişdir. “Xocalıya Ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun birbaşa dəstəyi vardır.
20-yə yaxın bənddən ibarət olan bu layihədə Azərbaycan xalqının maddi rifahının yaxşılaşdırılmasından tutmuş ekologiya sahəsində mühüm işlərin görülməsinə, uşaq müəssisələrinin infrastukturlarının inkişaf etdirilməsinə, vətəndaş cəmiyyəti quruculuğuna, dini tolerantlığın qorunmasına, habelə, müxtəlif sahələr üzrə proqram və layihələrin işlənilib hazırlanmasına qədər görüləcək işlərin layihəsi qeyd olunmuşdur. Bu layihələrin həyata keçirilməsində təbii ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük dəstəyi vardır. Leyla xanım Əliyevanın “Xocalıya Ədalət”(Beynəlxalq Erməni Terroruna Qarşı Yeni Strateji Model) adlı layihəsinə həsr edilmiş eyni adlı əsər “Xocalıya Ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının beş illiyi münasibəti ilə nəşr edilib. III cilddən ibarət olan bu kitabda o qədər maraqlı, dolğun və düşündürücü fikirlər yer alıbdır ki, bu gənc qızın belə bir böyük layihəni gerçəkləşdirməsi həqiqətən də inanılmaz, heyrətamiz bir uğurun başlanmasından xəbər verir.
Ulu öndər Heydər Əliyevin təbirincə desək “Siz xalqımın səsini eşidəcəksiniz, xalqımın səsi ürəklərinizə yol tapacaqdır” sözləri bu günümüzlə səsləşən kəlamlardır. Umummilli liderin bu sözləri sanki Leyla xanım Əliyeva üçün bir çağırış, bir oyanış, bir dirçəliş oldu.
Azərbaycanın tarixən başına gətirilən ən dəhşətli faciələrdən biri olan “Xocalı” soyqırımı həqiqətən də “Xocalıya Ədalət” kampaniyası çərçivəsində dünyaya səs saldı, dünya Azərbaycan xalqının səsini eşitdi. Hər kəsi ədalətə səsləyən bu kampaniya Azərbaycanı sevməyən, həqiqəti bilmədən bizi günahlandıran ölkələrdə bizə qarşı bir dönüş, bir istilik yaratdı. Çox sevindirici haldır ki, bu iş bu gündə davam etməkdədir.
Leyla xanım Əliyeva gəncliyə müraciət edərək onlara öz üzərlərində işləməyi, işin çoxluğundan qorxaraq geri çəkilməməyi tövsiyə edir. Yaşının az olmasına baxmayaraq, müdrikcəsinə məsləhətlərlə gənclərə səslənir.
Leyla xanım Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda onun neçə-neçə layihələrə imza atdığını və bu sahədə çox böyük işlər gördüyünün şahidi oluruq.
O, 2006-2008 ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Politalogiya fakültəsini bitirdikdən sonra “Dünya siyasəti” ixtisası üzrə magisturaturanı da başa vurur. Təhsil aldığı illərdə həmən institutda “Azərbaycan gənclər klubu”nun sədri vəzifəsini icra edib. Eyni zamanda 2007-ci ilin 10 may tarxindən Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəridir. Rusiyada Leyla xanımım fəaliyyəti yetərincədir. Onun təşkil etdiyi tədbirlər, o tədbirlərdəki çıxışları, söylədiyi nitqləri hər bir təbəqənin nümayəndələrinin marağına səbəb olur, əks səda doğurur.
2007-ci ilin 19 dekabrından Moskvada nəşr olunan “Baku” jurnalının həm təsisçisi, həm də redaktoru olan Leyla xanım Əliyeva Azərbaycana olan məhəbbətini vətəninin paytaxtı Bakının adını verdiyi jurnalında vəsf edir.
Leyla xanım Əliyevanın ictimai xadim kimi formalaşmasında onun işgüzar əməli fəaliyyətinin böyük rolu vardır. O, 2008-ci ilin may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olub, 2009-cu il aprelin 8-də isə Rusiyadakı azərbaycanlı Gənclər Təşkilatının sədri seçilib.
Leyla xanım Əliyeva 2011-ci ildən H.Əliyev Fondunun vitse-prezidentidir. O, Azərbaycan diasporasında inkişaf sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək mükafat olan “Tərəqqi” medalı ilə təltif edilib.
H.Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ətraf mühüt üzrə beynəlxalq İDEA kampaniyasının təşəbbüsçüsüdür. O, 2012-ci il 11 iyun tarixində Cenevrədə səfərdə oldu. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, eyni zamanda UNİSEF-in Cenevrə ofisində UNEP-in Avropa üzrə regional ofisində bir-birindən maraqlı görüşlər keçirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru və BMT-nin tərksilah üzrə konfransının baş katibi Qasımcomərd Tokayevlə görüşür. Görüş zamanı Leyla xanım Əliyeva Azərbaycanın son illərdə qazandığı uğurlardan, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən söhbət açır.
Azərbaycana böyük marağı olan Q.Tokayev ölkəmizdə səfərdə olduğunu və çox məmun qaldığını, habelə Azərbaycanın BMT çərçivəsində gördüyü işlərin haqqında fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Q,Tokayev Leyla xanım Əliyevanı BMT-nin Cenevrə bölməsi ilə tanış etdikdən sonra Leyla xanım iştirak edən qonaqlarla birlikdə Azərbaycan otağına baş çəkir. Orada Azərbaycanı tərənnüm və əks etdirən əsərlərlə tanışlıq Leyla xanımın diqqətini cəlb edir. Leyla xanım hər dəfə özü ilə səfər etdiyi ölkələrə Azərbaycanın mədəniyyətini, tarixini əks etdirən əsərlər aparır. Bu dəfə isə o bu otaqda Azərbaycan hökuməti tərəfindən Azərbaycanın milli mədəniyyəti olan xalçalarla, rəsm və tətbiqi sənət əsərləri ilə tanış olur. Qürur hüssi keçirən Leyla xanım otaqda Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən hədiyyə edilmiş rəssam Rafael Abbasovun sənət əsəri olan “Bakı” rəsminə tamaşa edir. Bu görüşdə Leyla xanım H.Əliyev fondunun gördüyü işlərdən, xüsusilə də cəmiyyətdə gənclərin rolundan söz açaraq bu günki, Azərbaycan gənclərinin istər mədəniyyət, istərsədə başqa sahələrdəki fəaliyyətini qonaqların nəzərinə çatdırır. O, ölkəsində gənclərin rolundan danışarkən onlara göstərilən diqqət və qayğını, habelə əlillərə olunan xidməti də qeyd etməyi unutmayır və ölkəmizdə əlillərə, himayəsiz uşaqlara, kimsəsizlərə göstərilən qayğının aliliyindən danışır və qonaq olduğu ölkənin nümayəndələrini Azərbaycana dəvət edərək, bu deyilənləri gözləri ilə gəlib görmələrini təvəqqe edir.
Leyla xanım Əliyeva hər bir sahə ilə maraqlandığından hər zaman qonaq olduğu ölkələrdə kitabxanalara, muzeylərə baş çəkir. Onu Cenevrə bölməsinin kitabxanasında 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi ilə tanış edirlər. Daha sonra Leyla xanım 1920-ci ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər liqasına üzv olması haqqındakı sənədlərlə və Azərbaycana aid olan başqa eksponatlarla tanış olur
Leyla xanım Cenevrədə olarkən ətraf mühitin qorunması sahəsində görüləcək işlərlə və o cümlədən ekologiya işləri ilə də maraqlanır, Azərbaycanda bu sahədə əməli fəaliyyətə başlamağı qarşısına məqsəd qoyur. O, nəsli kəsilmiş heyvanların çoxaldılaraq vəhşi təbiətə buraxılması işinin həyata keçirilməsində iştirak edir.Bu maraqlı iş “Böyük beşik” adlı proqramın tərkib hissəsi kimi bu gündə fəaliyyətdədir.
Leyla Əliyevanın ictimai fəaliyyəti çoxşaxəlidir. Bütün işlərin öhdəsindən layiqincə gələn xanım L.Əliyevanın bu yaxınlarda BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının” (FAO) xoşməramlı səfiri təyin edilməsi xəbərini də Azərbyacan xalqı böyük sevinclə qarşıladı. 2015-ci ilin sentyabrın 2-də H.Əliyev fondunun vitse-prezidenti və FAO-nun xoşməramlı səfiri L.Əliyevanın təşkilatın xoşməramlı səfiri təyin olunduğunu 2015-ci ilin mayın 25-də Bakıda qonaq olan FAO-nun baş direktoru Joze Qratsiano da Silva səfəri zamanı elan edir. Bu əlbəttə ki, gənc bir xanımın Azərbaycan üçün atdığı onlarla uğurlu addımlarından biridir. Leyla xanım Əliyeva humanitar və ekologiya sahəsindəki fəaliyyətinə görə FAO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Qeyd olunduğu kimi bu qurum dünyada aclığa qarşı mübarizə aparılmasını, ərzaq təhlükəsisliyinin təmin olunmasını, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılmasını, sağlam ərzaq sistemlərinin yaradılması kimi vəzifələri qarşısına məqsəd qoyub. Belə bir layihədə gənc xanımın iştirakı əlbəttə ki, bizim üçün çox sevindiricidir. Bu qədər uğurları olan Leyla xanım Əliyevanı Azərbaycan xalqı dəyərləndirir və sevir. Çünki, Leyla xanım Azəırbaycan xalqının milli dəyərlərindən doğan bir varlıqdır və Azərbaycan gəncliyinin səsidir.
Leyla xanım Əliyeva gənc olmasına baxmayaraq onda yetkin bir ana ürəyi döyünməkdədir. İki oğul Mikayıl və Əli adlı oğulların anası olan Leyla xanım çoxlarına nümunə olaraq uşaq evindən bir qızı da övladlığa götürür. Onun bu hərəkəti nəinki ölkəmizin, hətta bir cox ölkələrində maraq mövzusuna çevrilmişdir.
Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın analıq, ictimai xadimlik təcrübəsi Leyla xanım Əliyevaya da siyarət edibdir. Anasını çox sevən Leyla xanımın istedadından söhbət açarkən onun gözəl rəsm əsərlərinin, bir çox maraqlı və mənalı şeirlər yazdığını da qeyd edirlər. Bəli, bizim gənc, gözəl istedadlı Leyla xanım Əliyevanın işgüzar fəaliyyəti biz azərbaycanlıları sevindirməyə bilməz. Gənc nəslin səsini dünyaya yayan, bu səsi eşitməyənlərə eşitdirən Leyla xanımın daxilindən gələn bir vətənpərvərlik, milli ruha bağlılığı ilə əlaqələndirmək olar. Vətnini, torpağını, ailəsini və valideynlərini həddsiz dərəcədə məhəbbətlə sevən, ürəyi əsl azərbaycanlı ürəyi kimi döyünüən Leyla xanım Əliyeva özü də sevilməyə layiqdir. Onun müsir düşüncələri, ağıllı fikirləri irəli sürdüyü hər bir layihələrdə uğur qazanmağına səbəb olur. Hər zaman gənclərə dəstək olmağa çalışan Leyla xanım bu gün də bu missiyasına sadiq qalıb.
Filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə yazdığı məqaləsində maraqlı bir abzas diqqətimi cəlb etdi(“Respublika”, 2015,№184). Orada yazılıb:
“Gənclərin mənəvi tərbiyəsi vaxilə Heydər Əliyevi düşündürən və bu ətrafda böyük işlər görməyə səfərbər edən amillərdən olmuşdur. Bu gün mehriban Əliyeva vaxtilə Ulu Öndərin diqqət yetirdiyi bütün sahələrin fəaliyyətinə həssaslıq göstərir, xüsusən də ölkənin gələcəyi olan gənclərin problemləri ilə yaxından tanış olur, onların bir vətəndaş kimi yetişməsi qayğısına qalır. Sabahın yaradıcıları olan gənclərimiz də Ulu öndərin onlara ünvanladığı bu fikirləri özlərinin həyat manifesti kimi qəbul ediblər. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim bütün tariximizi bilməlidir, keçmişimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi,milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Milli dəyərlərlərimizə söykənən, bu günki, gəncliyə çağırış edən Leyla xanım Əliyeva gənclərin istedadını, bacarığını üzə çıxarmaq sahəsində çalışır və gənclərə dəstək olduğunu göstərir.
Azərbaycanın bütün sahələrinə maraq göstərən bu xanım üzünü gənclərə tutaraq səmimiyyətlə səslənir:
İRƏLİ, EY GƏNCLİK, İRƏLİ!
Bu şüar bütün Azərbaycan gənclərinə şamil edilmiş şüardır. Çünki Leyla xanım gəncliyin sədası, gəncliyin səsidir.
Əziz Leyla xanım arzu edirik ki, daha böyük layihələrə imza atasınız. Sizin səsiniz haqq səsidir. Qoy Tanrım nəzərlərini həmişə üzərində saxlasın.
Pərixanım MİKAYILQIZI,
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
Aparıcı məsləhətçi-şöbə müdiri.
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
Aparıcı məsləhətçi-şöbə müdiri.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.