"Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş sağlığı verib

"Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş sağlığı verib "Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş sağlığı verib "Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş sağlığı verib "Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinə baş sağlığı verib Bu gün "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın başçılıq etdiyi nümayəndə heyəti Ankarada baş vermiş teror aktında həlak olanlarla bağlı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyini ziyarət edib.

Səfirliyin foesində məlum teror zamanı həlak olanların xatitəsinin yad olunması üçün yaradılmış guşəni ziyarət edən "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin nümayəndə heyətinə başçılıq edən ictimai birliyin sədri Mahirə Əsədova Türkiyənin Azərbaycandakı Səfirinin müşaviri Hamed Karadenizə Ankarada baş verən teror aktı ilə bağlı bütövlükdə Türkiyə dövlətinə və xalqına baş sağlığı verdiyini bildirərək deyib ki, "Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir kəlamı "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, ictimai birliyin Türkiyədə mühüm strateji əməkdaşlıq əlaqələri formalaşdırılmışdır. Ankarada yaşanan teror hadidəsi zamanı həlak olan hər bir türk qardaşımıza Allahdan rəhmət diləyir, sağ qalan ailə üzvlərinin dərdinə şərik oluruq. Türk qardaşlarımızın kədəri bizim kədərimizdir..."

Daha sonra xatirə kitabın fikirlərini yazan "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova qeyd etdi ki, məlum hadisədə çoxsaylı insan tələfatını tək "Yeni Yurd" Sosial İnkşaf ictimai birliyinin kollektivini deyil bütövlükdə Azərbaycan və Azərbaycan ictimaiyyəti kədərlə qarşıladı.

Ziyarətdə "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin üzvləri də iştrak edib. İctimai birliyin sədri Şamil Sabiroğlu türk xalqına başsağlığı verərək xatirə kitabına öz fikirlərini yazıb...
Qeyd edək ki, Türkiyənin müasir tarixində hökümətin ən qanlı "terror hadisəsi" adlandırdığı faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan olunub.

Aynur Qəniyeva
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: