“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova ilə görüşdə Hacı Zeynalabdin Tağıyev irsinin araşdırmaçısı Türkiyə Marmara Universitetinin professoru Okan Yeşilot Mahirə xanıma təşəkkürünü bildirərək kitab barədə ətraflı məlumat verib. “Bu işdə hərtərəfli bir şəxsin həyat və fəaliyyətini təhlil edərkən əksikliklərimizin olmaması mümkün deyildi. Ancaq maddi və mənəvi imkanlar nisbətində hazırladığımız bu işin gələcəkdə Tağıyevin həyatından bir çox bilinməyən məqamları ortaya çıxaracaq. Eyni zamanda bu kitabın araşdırmaçılara yol göstərməsi ən böyük arzumuzdur”. Sözlərinin davamında professor Okan Yeşilot əsərin çap olunmasında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin, şəxsən sədr Mahirə Əsədovanın mənəvi dəstək olduğunu bundan sonrakı fəaliyyətində ictimai birliyə və Mahirə xanıma uğurlar arzu edib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.