Bu gün “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Yasamal rayon şöbəsinin üzvləri və şöbənin tərkibində fəaliyyət göstərən “Billur”qızlar yataqxansının sakinləri ilə görüş keçirilib. Görüşdə ictimai birliyin yeni yaradılan Yasamal rayon şöbəsinin üzvləri iştrak ediblər. Tədbiri giriş sözü ilə açan “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Yasamal rayon şöbəsinin sədri Əfiqə Hüseynova hər zaman xeyriyyə tədbirləri ilə diqqət mərkəzində olan ictimai birliyin fəaliyyətinin genişlənməsini mühüm addım kimi dəyərləndirərək deyib ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi Azərbaycan dövlətinin prezident İlham Əliyevin eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın müəllifi olduğu sosial-humanitar siyasətinin davamı olaraq hər zaman sosial məsuliyyət layihələri həyata keçirir.Xeyriyyəçilik paylaşmaq və yardımlaşmaq ideyasının hər zaman diqqət mərkəzində saxlamağa çalışırıq. “Yeni Yurd”un yeni yaradılan Yasamal rayon şöbəsinin tərkibində fəaliyyət göstərən “Billur”qızlar yataqxanası ideya və layihə olaraq çox diqqətəlaiqdir.Bu böyük layihənin həyata keçirilməsinə və fəaliyyətinə dəstək olan hər bir insan o cümlədən “Yeni Yurd”ictimai birliyinin sədri Mahirə Əsədovaya təşəkkür edirik ”. Tədbirin davamında ictimai birliyin Yasamal rayon şöbəsinin bir neçə üzvünün fikirləri dinlənildi. Tədbirdən sonra görüş iştrakçılarına ziyafət verildi.
Qeyd edək ki, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin Yasamal rayon şöbəsinin tərkibində fəaliyyət göstərən “Billur” qızlar yataqxanasında regionlardan gəlib Bakıda yerləşən müxtəlif ali məktəblərdə təhsil alan 30-dan çox qız təmannasız yaşayır və gün ərizində 3 dəfə yeməklə təmin olunur.
Aynur Qəniyeva.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.