
“Yeni Yurd”
təşkilatının üzvləri
Ağdam rayonuna
səfər edib.
Səfər çərçivəsində
təşkilatın sədri
Mahirə xanım Əsədova
Ağdam Rayon İcra
Hakimiyyətinin başçısı
Raqub Məmmədovla
görüşüb.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Mahirə xanımı və təşkilat üzvlərini görməkdən şad olduğunu bildirib. O qeyd edib ki, təşkilatla icra hakimiyyəti arasında münasibətlər uğurla davam etdirilir. “Yeni Yurd” təşkilatının rayonda həyata keçirdiyi xeyriyyə tədbirlərindən söz açan icra başçısı bildirib ki, ictimai birliyin maliyyə dəstəyi ilə rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində qazılan subartezian quyusundan 148 evə, 1 məktəb və 1 xəstəxanaya su xətləri çəkilib. Raqub Məmmədov ümidvar olduğunu bildirib ki, gələcək illərdə də humanitar sahədə Ağdam Rayon İcra Hakimiyyəti ilə “Yeni Yurd” təşkilatı arasında münasibətlər davam etdiriləcəkdir.

Təşkilat sədri onu da diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun reallaşdırdığı xeyriyyə təbirlərinə dəstək olmaq məqsədi ilə rəhbərlik etdiyi ictimai birlik hər zaman ənənəsinə sadiq qalaraq xeyriyyəçilik edir.
Görüşün sonunda xatirə şəkli çəkdirildi.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.