Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib

Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilibŞamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib
TƏBRİK EDİRİK!..

Noyabrın 29-da Bakıdakı
“Niaqara” restoranında
“Xocalı Soyqırımını Tanıtma”
İctimai birliyinin sədri,
“Tərəqqi” medalının mükafatçısı,
müharibə veteranı Şamil Sabiroğlu
nun
50 illik yubiley mərasimi keçirilib.

Ədəbi-bədii gecəni "Xocalı Soyqırımını
Tanıtma" ictimai birliyinin
Binəqədi rayon şöbəsinin sədri
Ayna Novruzova açıb.

Ş.Sabiroğlunun döyüş yolu haqqında
videoçarx nümayiş edilib.

Bu mötəbər gecədə Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Qənirə xanım Paşayeva, Elman Nəsirli, Flora xanım Qasımova, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin Prezidenti Akif Kərimov,
“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova, Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, həmin Universitetin Alman dili Kafedrasının baş müəllimi, dosent, şair “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, “Gəncliyə Yardım Fondu” nun vitse-prezidenti Salman Əliyev, “Qürur” Şəhid Ailələri” Xeyriyyə İctimai birliyinin sədri Naibə xanım Behbudova, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri, “fact-info.az” saytının baş redaktoru Əkrəm Bəydəmirli, Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru, Şəhid Milli Qəhrəman Şahlar Şükürovun bacısı Tahirə xanım Şükürova, Şəhid Milli Qəhrəman İlqar İsmayılovun qardaşı İlham İsmayılov,“elçi.az” və “aim.az” saytlarının baş redaktoru İbrahim Rüstəmli, “Xebertv.az” saytının baş redaktoru Əvəz Almədətov, “Qalib Sultanlar” qəzetinin baş redaktoru Bayram Afurcalı, “Türkiyə Universitetləri Məzunları ” ictimai birliyinin sədri Çingiz Bayramov, “Qafqaz” Universitetinin Prorektoru Natiq Paşa, “Təfəkkür” Universitetinin məsul əməkdaşı Ceyhun Eyvazov, "Ana Harayı" qəzetinin baş redaktor müavini Vaqif Nəcəfzadə, "Xocalı Soyqırımını Tanıtma" İctimai birliyinin Gəncə Regional şöbəsinin rəhbəri Aqil Məmmədov və başqaları Şamil Sabiroğlunun keçdiyi şərəfli ömür yolundan danışıblar.

Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib"Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova, Şamil Sabiroğlunu anadan olmasının 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, jurnalist Şamil Sabiroğlunun Vətənin ən yüksək mükafatlarına layiq olduğunu vurğulayıb və
Vətən qarşısındakı müstəsna xidmətlərini, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınması üçün çəkdiyi əziyyətləri qiymətləndirərək onu
Xüsusi Diplomla təltif edib.

Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib İstedadlı muğam ifaçıları Murad Kəngərli, Teymur Əziz, Rəna Xudiyeva, opera müğənnisi Gülşən İbadova rəngarəng musiqi proqramı ilə yubiley mərasimində çıxış etdilər.
Bakıdakı 39 nömrəli tam orta məktəbin şagirdləri “Mən, azərbaycanlıyam!” adlı kompozisiya ilə qonaqların zövqünü oxşadılar.
Ağdam rayonundakı Gülbaharlı kənd tam orta məktəbinin müəllimi Əsmər Qasımlı, Bakıdakı 39 nömrəli tam orta məktəbin XI sinif şagirdi Şamilə Ələkbərli Vətənə, torpağa həsr edilən şeirlər söylədilər.

Yubilyar Şamil Sabiroğlu ədəbi-bədii gecədə iştirak edənlərin hər birinə təşəkkürünü bildirib.

P.S.: Yubiley mərasimini yüksək səviyyədə təşkil etdiyinə görə
"Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədovaya
təşəkkur edirik.


Dilbər SULTANOVA,
“Ana harayı” qəzetinin müxbiri.
Fotolar Emil Məmmədovundur.


Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib Şamil Sabiroğlunun yubiley mərasimi keçirilib REDAKSİYADAN:

Biz də xalqımızın dəyərli oğlu - “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlunu anadan olmasının 50 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.. Gün o gün olsun ki, nöbəti yubileyini Xocalıda qeyd edək!..

Müşfiq BORÇALI.








.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: