SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub 1947-ci il. Müharibədən çıxmış qara şəhər - Bakı hələ ki, ağ günə həsrətdir. Müharibənin özündən sonra qoyub getdiyi aclıq, səfalət bu şəhəri cənginə alıb. Bu qara aclıq günlərinin birində tramvayda iki yeniyetmə qız qəfil bir elanla rastlaşır.
Həmin elanda yazılırdı ki, 7-ci sinfi bitirən oğlan və qızlardan kim yeni açılan Neft Texnikumuna sənəd versə, imtahansız qəbul olunacaq və ayda 264 rubl təqaüd də alacaq.

Həmin xanımlar yalnız bir səbəbə görə - təqaüd xatirinə o dəqiqə bu elanın arxasınca gedirlər. Bir müddət sonra isə ilk aldıqları təqaüdlə sevinə-sevinə Bakı küçələrini gəzərək, evlərinə nə isə almaq istəyirdilər. O zaman həmin qızların yalnız 15 yaşı var idi....

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub Vaxt gələcək, həmin 15 yaşlı qızlardan biri nəinki Azərbaycanın, hətta o vaxt dünyanın lider dövləti olan SSRİ-nin tarixinə düşəcəkdi. Vur-tut 29 yaşı olanda Azərbaycan SSR-in məişət xidməti və yerli təsərrüfat naziri seçiləcəkdi.

Modern.az saytının təqdim etdiyi bu yazıda 29 yaşlı xanım nazir – Nəbibə Həsənovadan bəhs olunur. O, 28 yaşında nazir müavini, bir il sonra isə nazir seçilməklə SSRİ tarixinin ən gənc naziri adını qazanıb.

1950-ci illərin əvvəli...

Hələ ki adı tarixə yazılası bu xanım tələbədir. Özü də Moskva Sənaye İnstitutunu çətinliklə oxuyan bir tələbə. Rus dilin yaxşı bilmədiyindən marksizm-leninizm kimi ağır fəndən kəsilir. Geriyə isə qayıtmaq olmazdı. Bu, sadəcə mümkün deyildi. Evdən böyük çətinliklə etirazlara sinə gərərək, icazə ala bilmişdi. Getsəydi, daha geriyə dönüş ola bilməzdi. Çünki qayıtsaydı, ailəsi onu bir daha buraxan deyildi. Odur ki, gənc qız akademik məzuniyyətə çıxır. Moskva kimi böyük şəhərdə çətinliklərə baxmayaraq həm yaşayır, həm çalışır, həm də rus dilini öyrənirdi. Tolstoyun “Anna Karenina” romanı ona bu dili mənimsəməkdə kömək oldu.

Min bir çətinliyin hesabına 1957-ci ildə institutu bitirdi. Bakıdakı Əli Bayramov adına Tikiş fabrikinə mühəndis kimi təyinat aldı. O zaman onun cəmi 23 yaşı var idi. Üstündən cəmi 6 il keçəcək və o, bu sahənin birinci şəxsinə çevriləcəkdi -yəni nazir olacaqdı...

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub 1963-cü il...

Haqqında danışdığımız xanım Nəbibə Həsənova artıq işə başladığı sahədə ildırım sürətiylə irəliləyirdi. İşlədiyi müəssisənin başına keçəndən sonra sənaye sektoruna bir sıra yeniliklər gətirdi. Çox keçmədi ki, onu respublika yerli sənaye nazirinin müavini təyin etdilər. O zaman artıq iki azyaşlı uşağı olan N.Həsənovanın ailəsində problemləri başladı. Ailəyə çox vaxt sərf edə bilmədiyindən həyat yoldaşı ilə münasibətlərində anlaşılmazlıqlar yarandı.

Amma o bilmirdi ki, hələ qarşıda daha bir post var. Günlərin bir günü o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri və yerli sənaye naziri kabinetinə dəvət edib və çox danışmadan kiçik konverti ona verdi. Yeganə olaraq onu bildirdi ki, “sən bu konverti SSRİ Ticarət Palatasına təqdim etməlisən”.
Nazir müavini olmasına baxmayaraq Nəbibə Həsənova başa düşməmişdi ki, əslində konvertdə onun nazir kimi yuxarılara təqdimatı yazılıb.
Nəbibə xanım Moskvadan qayıdanda artıq respublikanın məişət xidməti və yerli təsərrüfat naziri idi.
SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub O vaxt Moskvada nəşr olunan «Oqonyok» jurnalında dərc edilmiş şəklin altında yazılmışdı:
«SSRİ-nin ən cavan (29 yaşlı) qadın naziri Nəbibə Həsənova».

Fəhlə qızı, novxanılı balası və erməni qənimi...

Nəbibə Həsənova Bakının Novxanı kəndində anadan olub. Atası fəhlə-ocaqçı, anası isə evdar qadın idi. Nəbibə xanım gənc yaşında nazir olanda üçüncü uşağına hamilə idi. Buna baxmayaraq, uşaq doğulana qədər o vəziyyətdə çalışıb. Karyerası müddətində ona mane olmaq istəyənlər çox olub. Xüsusən də ermənilər bu işdə aktivlik göstəriblər. Amma Nəbibə xanım da sakit durmayıb. Bir gündə düz 12 erməni direktorunu işdən azad edib.
Onun erməni əsilli 12 direktoru respublika rəhbərliyi ilə məsləhətləşmədən vəzifədən azad etməsi yuxarılarda birmənalı qarşılanmayıb.
Hətta sensasiya doğurub.

SSRİ-nin 29 yaşlı azərbaycanlı naziri - O, bir gündə 12 erməni direktoru işdən qovub Nəbibə Həsənova 1989-cu ildən fərdi dövlət təqaüddədir..


Elmin NURİ
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: