istedadlı qələm sahibi, tanınmış yazıçı-publisist Ötərxan Eltacın Türk Dünyasının qəhrəman oğlu İbad Hüseynlinin igidliyini, qəhrəmanlıgını əks etdirən “Qurd balası” kitabının təqdimatı keçirilib…
Təqdimatda müəlliflə yanaşı, kitabın rəyçilərindən biri olan professor Ziyadxan Nəbibəyli, “Azərbaycan televiziya və radio yayımları” Qapalı Səhmdar Cəmiyyətinin həmkarlar ittifaqının sədr müavini Mübariz Süleymanlı,
, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud, YAP fəalı Gülnarə Əmiraslanova, Millixəbər.az saytının rəhbəri Zamin Zeynal, "Laçın yurdu" jurnalının baş redaktoru Arif Məmmədli, "Qadın və Sülh" jurnalının baş redaktoru Bəsirə Məmmədli, İbad Hüseynovun döyüş yoldaşları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib.
Tədbirdə çıxış edənlər İbad Hüseynlidən bəhs edən kitabın vətənpərvərliyin təbliği baxımından mühüm əhəmiyyətindən danışaraq bu cür vətənpərvərlik mövzusunda kitabların gələcəkdə də yazılmasının önəmliliyindən bəhs edilib. Vətənpərvərlik ruhunda yazılmış bu kitabı Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şərəfli mübarizə aparmış insanların igidliyindən bəhs edən bir əsər kimi qiymətləndiriblər.
Millixəbər.az saytının rəhbəri Zamin Zeynal çıxış edərək “Qurd balası” kitabının müəllifinə qələmə aldığı vətənpərvərlik ruhlu kitaba görə dərin minnətdarlığını ifadə etdi. Bildirdi ki, bu cür vətənpərvər ruhda yazılan əsərlər geniş oxucuya təqdim edilməlidir. Baş redaktor qeyd etdi ki, Orta ümumtəhsil məktəblərində Azərbaycan və Türk dünyasının qəhramanı, Azərbaycan Bayrağı ordenli, əfsanəvi kəşfiyatçı İbad Hüseynli ilə şagirdlərin görüşünün keçirilməsinin vacibliyinə diqqət çəkərək milli və mənəvi dəyərlər fonunda vətənpərvərliyin geniş şəkildə təbliği baxımından Qəhrəmanın həyat yolunu əks etdirən bu kitabın müsbət rolundan danışdı. Təssüf hissi ilə qeyd etdi ki, bu cür tədbirləri Televizya kanalları az işıqlandırır. Yaxşı olar ki, yeni nəsilin və Azərbyacan gəncliyinin vətənpərvərlik əzminin formalaşdırılmasına hesablanan ədəbi-bədii əsərlərdə, vətənpərvərlik təşəbüslərinində bütün KİV-lər həmirəylik nümayiş etdirsinlər. Televizyalar cəmiyətin güzgüsüdür ona görə də hər birimiz belə tədbirləri işıqlandıraraq vətənpərvərliyi daha çox təbliğ etməliyik.
Tədbirin sonunda çıxış edən müəlif Ötərxan Eltac çıxışına yaşasın Türkiyə, yaşasın Azərbaycan kəlmələri ilə başlaması işıq üzü görən kitabın Türk Azərbaycan qardaşlığının tarixi və gününü möhkəm dayalar üzərində qurularaq davam etdiyini bir daha nümayiş etdirdi. Müəllifin kitabını oxuduqca görürsən ki, İbadın həyat yolundan örnəkləri faktlarla, ədəbii-bədii boyalarla oxucuya göstərməyə çalışır.
P.S.: İstedadlı qələm dostumuz, tanınmış şair-yazıçı-jurnalist Ötərxan Eltacı yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, bədii yaradıcılığında, eləcə də əmək və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.