GÖRKƏMLİ PEDAQOQ VƏ İCTİMAİ-SİYASİ XADİM - ZAHİD İBRAHİM OĞLU QARALOV

GÖRKƏMLİ  PEDAQOQ  VƏ  İCTİMAİ-SİYASİ  XADİM - ZAHİD  İBRAHİM  OĞLU  QARALOV Vətən və el üçün xeyirxah işlər görmüş insanlar
heç vaxt unudulmur, yaddaşlara, xatirələrə köçərək canlı tarixə çevrilirlər.
Xatirəsi əziz tutulan belə unudulmaz şəxsiyyətlərdən biri Azərbaycanın ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor, akademik Zahid İbraim oğlu Qaralovun yanvar ayının 7-də anım günüdür.
Allah rəhmət eləsin!


O,1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır.
Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür .Onun uşaqlıq illəri hamı kimi ikinci Dünya müharibəsinə təsədüf olunduğundan çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7-illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbinini yaxşı qimətlərlə bitirərək, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə birirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də bir başa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur.
1956-ci ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. ’’Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib.
1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur. Dmanisi Qəsəbə Sovetinin deputatı seçilmişdir. Müsabiqə yolu ilə Azərbaycan Pedaqoji İnstitutunda “Fizikanın tədrisi metodikası” ixtisası üzrə qiyabi aspiranturaya qəbul olunub.
1959-cu ildə Gürcüstan LKGİ MK-nin plenum üzvü seçilib.
1960-ci il 20 oktyabrda Elmi rəhbəri A.A.Abbaszadənin məsləhəti ilə qiyabi şöbəsindən əyani şöbəsinə keçib.
1961-ci il 20 dekabrda Aspiranturanın əyani şöbəsinə keçməsi ilə əlaqədar Gürcüstan LKGİ-nin birinci katibi E.A.Şevardnadzenin və Başkeçid (Dmanisi) rayon partiya komitəsinin birinci katibi Sosialist Əməyi Qəhrəmanı Mahmud Quluyevin razlığı ilə Başkeçid (Dmanisi) Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsindən azad olunub.
1961-1964-cü illərdə V.İ.Lenin adına APİ-nin “Fizikanın tədrisi metodikası” kafedrasının əyani aspirantı olub.
1964-cü il Aspiranturanı bitirib. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (ADETPİ) “Politexnik təlim” şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunub. Eyni zamanda Bakının 31 №-li eksperimental məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb.
1964-1979-cu ilə kimi hər il ADETPİ-nin partiya təşkilatının katibi vəzifəsinə seşilib. Eyni zamanda Bakının “26 Bakı komissarı” (indiki Səbail) Rayon Partiya Komitəsi üzvlüyünə namizəd və üzv olub.
1967-ci ildə V.İ.Lenin adına APİ-nin İxtisaslaşdırılmış müdafiə sovetində “Fizikanın tədrisində elmi ateizm tərbiyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, ’’Fizikanın tədrisi metodikası” ixtisası üzrə elmi dərəcə alıb.
1967-ci ilin avqust ayında ADETPİ-də baş elmi işçi vəzifəsinə seçilib.
1967-ci ilin 12 dekabrda ADETPİ-nin “Əmək və Politexnik təlim” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
1971-ci il 23 iyul. SSRİ Ali Attestasiya Komissiyası (AAK) ona “Fizikanın tədrisi metodikası“ ixtisası üzrə baş elmi işçi adı verib.
1973 –cü il. dekabr SSRİ AAK müstəsna hal kimi aspirant və dissertantlara elimi rəhbərlik etmək hüququ verlib.
1973 sentyabr “26 Bakı komissarı” (indiki Səbail) rayonu Xalq Deputatları Sovetinin deputatı seçilib. 1986-ci ilə kimi ardıcıl olaraq hər il həmin vəzifəyə seçilib. “Mənzil uçotu və bölüşdürülməsi “ üzrə komissiyanın sədri, eyni zamanda Rayon İcraiyyə Komitəsinin (RİK) üzvü olub. Maarif Nazirliyinin orqanı olan “Fizika və riyaziyyat tədrisi” jurnalının baş redaktoru təyin olunub və 1996-ci ilə qədər həmin vəzifəni yerinə yetirib.
1974-cü il 1 iyun. ADETPİ-nin “Fizika və riyaziyyat tədrisi metodikası” şöbəsinin müdiri təyin olunub.
1974-ci il 26 sentyabr. ADETPİ-nin elmi işlər üzrə direktor müavini təyin edilib. Eyni zamanda “Fizika və riyaziyyat tədrisi metodikası” şöbəsinin müdiri vəzifəsini aparıb.
1976-cı il noyabr. Azərbaycan SSR-də Pedaqoji və Psixoloji Tədiqatları Əlaqələndirmə Şurasının sədri təyin edilib. 2001-ci ilə qədər həmin vəzifəni yerinə yetirib.
1976-cı il 2 iyun tarixindən ADETPİ-nin direktoru vəzifəsini icra etməyə başlayıb.
1977-ci il 15 aprel. Heydər Əliyevin sədrlik etdiyi Azərbaycan Kommunist Partiyası bürosunda ADETPİ-nin direktoru təyin olunub.
1977-ci il sentyabr. Umumittifaq Pedaqoji və Psixoloji Tədiqatları Əlaqələndirmə Şurasının üzvü seçilib və SSRİ-nin süqutuna qədər həmin vəzifəni yerinə yetirib.
1977-1980-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Unverisitetində ali siyasi təhsil alıb (işdən ayrılmadan).
1978-ci ildə SSRİ müəllimlərinin I qurultayına nümayəndə seçilib. N.Tusi adına ADPU-da pedaqogika, dil- ədəbiyyat və fizika metodikası üzrə ixtisaslaşdırılmış müdafiə şurasına üzv seçilib.
1981-ci ildə “Respubilikanın Əməkdar Müəllimi” fəxri adına layiq görülüb. ’’Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.1983-cü ildə “Əmək veteranı”medalı ilə təltif edilib.
1983-cü il 14 noyabr. Azərbaycan SSR Maarif nazirinin müavini təyin edilib. Kollegiyanın üzvü seçilib. İnstitutun direktoru vəzifəsini ictimai əsaslarla davam etdirib.
1983-cü ildə General Akim Abbasovun təklifi ilə Ümum- dünya Sülhü Müdafiə Komitəsi Azərbaycan şöbəsinin idarə heyətinin üzvü seçilib.
1987-ci ildə SSRİ müəllimlərinin II qurultayına nümayəndə seçilib. Maarif nazirinin müavini vəzifəsindən öz xahişi ilə azad olunub, yenidən AETPEİ-nin direktotu vəzifəsinə təyin edilib. Respubilikada ilk dəfə yaradılmış “İstedad” assosiasiyasının sədri seçilib.
1987-ci ildə SSRİ AAK tərəfindən AETPEİ-də yaradılmış Dil-ədəbiyyat metodikası üzrə ixtisaslaşdırılmış müdafiə şurasına sədr təyin edilib.
1987-1989-cu illərdə rəhbərlik etdiyi mütəxəssis qrupu ilə Azərbaycanın tarixində ilk dəfə hazırladığı “Azərbaycan Milli Təhsil Konsepsiyası” Azərbaycan KP MK-da bəyənilib, təsdiq olunub, istifadəyə verilib.
1984-1989-cu illərdə rəhbərlik etdiyi mütəxəssis qrupunun hazırladığı “Azərbaycanın pedaqoji fikirantologiya- sı” Moskvada 30.000 nüxsə tirajla rus dilində çap olunub.
1990-cu il yanvarında Sovet ordusu tərəfindən törədilmiş qanlı yanvar faciəsində şəhid olmuş 132 nəfərin Kirov parkında dəfn edilməsi və “Şəhidlər xiyabanı” yaradılması təşəbbüsünü irəli sürüb, buna nail olub.
1992-ci il iyul-noyabr. Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, ”91-lər” hərəkatının fəal iştirakçısı olub. Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvanda keçirlən təsis konfransında iştirak edib, siyasi şuranın və idarə heyətinin üzvü seçilib.
1992-ci il fevral. YAP Səbail rayon təşkilatının yaradılmasında fəallıq göstərib, partiyanın rayon təşkilatının idarə heyətinin
dəfələrlə üzvü və sədr seçilib. 1994-cü il sentyabr. “Orta məktəbdə fizika qanunlarının örədilməsi üzrə işin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb. Eyni vaxtda professor elmi adına layiq görülüb.
1992-oktyabr Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) ’’Pedaqoji və psixoloji elmlər üzrə ekspert komissiyası” nın sədri təyin olunub, 11 nəfərdən ibarət komissiya üzvülərini seçib, Rəyasət Heyətində təsdiq etdirib.
1992-ci il 04 may. Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikası prezidenti yanında Əfv komissiyasının üzvü təyin olunub
1992-ci il 12 noyabr. Proporsional yolla (YAP siyahısı üzrə) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
1992-ci il 24 noyabr. Milli Məclisdə ilk dəfə yaradılmış “Yerli özünüidarəetmə “daimi komissiyasının sədri seşilib.
1993-cü il yanvar. Gürcüstan Respublikası parlamenti ilə əlaqə komissiyasının sədri seçilib.
1993-cü ildə ’’Fizika qanunlarının tədrisi”monoqrafiyası çap olunub.
1993-cü ilin aprelində Həcc ziyərətində olub.
1993-cü ildə Yeni Azərbaycan Partiyasının I qurultayına nümayəndə seçilib. Qurultayda çıxış edib. YAP siyasi şuranın və idarə heyyətinin üzvü seçilib.
Tələbələri Ə.Osmanlı və V.Məmmədovla birlikdə 1-ci- 4-cü siniflər üçün hazırladıqları yeni riyaziyyat kompleksinin (tədris proqramı, dərslik, metodika, test, dəftər və s.) çapına və məktəblərdə kütləvi tətbiqinə nail olub. Azərbaycan Respublikası Milli Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.
10 avqust ABŞ-ın Linkoln şəhərinin fəxri vətəndaşı, 12 avqust ABŞ-ın Freeport şəhərinin fəxri vətəndaşı seçilib.
3 oktyabr ABŞ-ın Karolina ştatının Durham şəhərinin fəxri vətəndaşı, 5 oktyabr. ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşı seçilib.
1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə yenidən deputat seçilib. Regional məsələlər daimi komissiyasına sədr seçilib. 2000-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə təkrarən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü təyin olunub. 2001-ci ildə YAP-ın II qurultayına nümayəndə seçilib. 2002-ci ildə Fransada Strasburq şəhərində AŞ-nın beynəlxalq elmi konfransında “Azərbaycanda bələdiyyə” mövzusunda məruzə edib. Məruzə yüksək qiymətləndirilib.
2003-cü il “Tərbiyə” üçcilidliyi çap olunub. Zahid İbrahim oğlu Qaralovun yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. İşlədiyi dövrdə göstərdiyi nailiyyətlərə görə bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Zahid müəllim həm də, dədə-baba yurdumuz olan Ormeşən kəndində təzə ev tikdirməsi və kəndə gedib-gəlməsi, kənddə olan evlərin yenidən bərpa olunmasına və abadlaşdırılmasına bir çağrılış oldu. Zahid müəllim böyük bir ziyalı olmaqla bərabər, həm də onun adına layiq tərbiyəsini almış, İlqar kimi oğlu, MehribanGülnarə kimi qızlarları var.

Hüseyn Arifin layiqli ataların layiqli övladlarina həsr etdiyi şeirdən:

Övlad atasına oxşamasaydı,
Dünya başdan-başa puçdu, - deyərdim.


GÖRKƏMLİ  PEDAQOQ  VƏ  İCTİMAİ-SİYASİ  XADİM - ZAHİD  İBRAHİM  OĞLU  QARALOV ***
Yaxşı övlad, yaxşı ata naxışıdır,
Bir sevincin, bir kədərin başıdır
Bu dünyada hər yaxşıdan –yaxşıdır
Yaxşı övlad yaxşı ata yerində.


Görkəmli pedaqoq və siyasi xadim Zahid İbrahim oğlu Qaralov ömürünün axırına kimi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü və Səbail rayonunda YAP-ın sədr vəzifəsində çalışmışdır.

O, 7 yanvar 2015-ci ildə Berlin şəhərində dünyasını dəyişmişdir.
Zahid İbrahim oğlu Qaralov ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah sizə qəni-qəni rəhmət eləsin, Zahid müəllim!
Siz ölməmisiniz, siz qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaqsınız.

Əlləz Ormeşənli,
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin üzvü,
"Şərqin səsi" qəzetinin şöbə müdiri.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: