Azərbaycan Texniki Universitetinin kafedra müdiri,
Millət vəkili, texnika elmləri doktoru,
professor Astan Şahverdiyev
Rusiya Federasiyasında nəşr olunan
«Вести газовой науки» elmi jurnalının
redaksiya heyətinin üzvü seçilmişdir
Millət vəkili, texnika elmləri doktoru,
professor Astan Şahverdiyev
Rusiya Federasiyasında nəşr olunan
«Вести газовой науки» elmi jurnalının
redaksiya heyətinin üzvü seçilmişdir
Bu günlərdə Moskvadan Rusiya Federasiyasının "Qazprom VNİİQAZ" Məhdud Məsuliyyətli Cəmiyyətinin Elmi katibi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor B.A.Qriqoryev tərəfindən
Azərbaycan Texniki Universitetinə daxil olmuş məktubda
AzTU-nun kafedra müdiri, Doktorluq Dissertasiyalarının müdafiəsi üzrə Elmi Şurasının sədri,
texnika elmləri doktoru, professor
Astan Nuşrəvan oğlu Şahverdiyevin
"Qazprom VNİİQAZ" MMC-nin nəzdində fəaliyyət göstərən
“Təbii qaz və Qaz texnologiyaları Elmi-Tədqiqat İnstitutu"nun «Вести газовoй науки» ("Qaz elmləri xəbərləri") adlı
elmi jurnalının redaksiya heyətinin üzvü seçildiyi bildirlir
və ona həmin elmi-məcmuənin redaksiya heyətinə daxil edilməsinə razılıq verdiyi üçün təşəkkür edilir.
Məktubda o da qeyd olunmuşdur ki, həmin jurnal Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının elmi jurnallar siyahısına daxil olan,
əsasən də qazların, neftkondensatlarının və neftqazkondensatlarının emalı problemlərinə
həsr olunan elmi-texniki məcmuədir.
Məktubla birlikdə AzTU-ya jurnalın son nömrəsindən 3 nüsxə də göndərilmişdir.
Yeni il ərəfəsində Moskvadan alınmış
bu xoş xəbər münasibətilə
Millət vəkili, texnika elmləri doktoru,
professor Astan Şahverdiyevi
ürəkdən təbrik edir və ona
yeni-yeni elmi nailiyyətlər arzulayırıq!..
bu xoş xəbər münasibətilə
Millət vəkili, texnika elmləri doktoru,
professor Astan Şahverdiyevi
ürəkdən təbrik edir və ona
yeni-yeni elmi nailiyyətlər arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.