Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib

Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib Azərbaycanda ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edibAğsaqqallar Şurasının iclasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub

Yanvarın 18-də Azərbaycan Ağsaqqallar Şurasının 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.


Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov
Şuranın 2015-ci ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb. O, ağsaqqalların, yaşlı və ahıl insanların ölkənin ictimai, mədəni həyatında, eləcə də dövlət idarəetmə sistemindəki fəal rolundan söz açıb. Qeyd edilib ki, bu gün ağsaqqalların qarşısında duran əsas vəzifə ümummilli lider Heydər Əliyevin qurub yaratdığı milli dövlətçiliyi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir.

Fəttah Heydərov dünyada hökm sürən iqtisadi böhran şəraitində sosial, iqtisadi, mədəni, ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlərdən bəhs edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən dinamik inkişaf prosesinə ağsaqqalların da böyük töhfələr verdiyini vurğulayıb. Bildirilib ki, Ağsaqqallar Şurası daim dövlətçiliyin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərimizin qorunması, yeniyetmə və gənclərin Heydər Əliyev ideyalarına sədaqət və yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması kimi nəcib bir missiyaya xidmət edir.

İclasda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev deyib ki, Azərbaycan Ağsaqqallar Şurası ötən il qarşısına qoyduğu məqsədlərə çatmaq üçün ardıcıl, məqsədyönlü və fəal şəkildə işləyib. Eyni zamanda, 2016-cı il üçün yeni vəzifələr müəyyən edilib. Bu vəzifələr Azərbaycan dövlətinin apardığı siyasətə, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara tam uyğundur. Şübhə yoxdur ki, Şura cari il də səylə çalışaraq bütövlükdə dövlətimizin və cəmiyyətimizin inkişafına öz töhfəsini verəcək.

Ərəstun Mehdiyev bildirib ki, Azərbaycanda ağsaqqallıq statusu, ağsaqqal sözü tarixən xüsusi önəm kəsb edib, özünün dərin mənası ilə seçilib. Bu da təsadüfi deyil, çünki ağsaqqal həmişə müdrikliyi, dəyərli məsləhətləri, təcrübəsi, səriştəsi ilə başqalarından fərqlənir, xüsusən çətin anlarda, müxtəlif dövrlərdə və lazımi məqamlarda düzgün yol göstərməsi ilə xalqın, cəmiyyətin köməyinə çatır.

Prezident Administrasiyasının rəsmisi Azərbaycan ağsaqqallarının müstəqilliyimizin ilk illərindən proseslərdə fəal iştirakını xatırladaraq deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə dəvət olunanda bu prosesin önündə gedən ağsaqqallar olub. Çünki Heydər Əliyevin fəaliyyətinə dərindən bələd olan, ona inanan ağsaqqallar Azərbaycanı düşdüyü mürəkkəb vəziyyətdən məhz bu dahi insanın çıxacağına əmin idilər. Eyni zamanda, ümummilli lider Heydər Əliyev də Azərbaycan ağsaqqallarına öz hörmətini, etimadını və bütün Azərbaycan xalqına inamını ifadə edərək bu çətin vəzifəni öz üzərinə götürdü. Azərbaycan xalqı, xüsusilə, ağsaqqallarla məsləhətləşərək bir çox məsələlərdə, problemlərin həlli sahəsində fikir mübadiləsi apararaq düzgün qərarlar verdi. Bunun sayəsində də 1990-cı illərdə Azərbaycanı çətin sosial, iqtisadi, siyasi böhrandan çıxarmağa nail oldu. Bu proseslərdə Azərbaycan ağsaqqallarının fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Yaşlı nəsil bu gün də ölkədə gedən davamlı inkişaf proseslərində yaxından iştirak edir, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək verir”.

Hazırda dünyada gedən qlobal proseslərin Azərbaycana təsirindən danışan Ərəstun Mehdiyev qeyd edib ki, dövlətimiz indi 1990-cı illərdə olduğundan qat-qat güclüdür. Azərbaycan xalqı həmin illərlə müqayisədə daha təcrübəli və mətindir. Bu amillər, eyni zamanda, Prezidentlə xalqın birliyi, qarşılıqlı inam və birgə tədbirlər böhranın təsirini azaltmağa, lazımi nəticələrə nail olmağa imkan verəcək. Azərbaycan Prezidentinin tapşırığı ilə böhran təzahürlərinin aradan qaldırılması üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. İctimaiyyət də bu işə fəal cəlb olunub.

“Azərbaycanı öz müstəqil siyasətindən sapdırmağa cəhd edən, onu öz yedəyində aparmağa çalışan bəzi xarici dairələr yaranmış vəziyyətdən istifadə etmək üçün dəridən-qabıqdan çıxırlar. Təəssüf ki, Azərbaycanda da müxtəlif qruplar onların dəyirmanına su tökür, insanları çaşdırmağa, müəyyən hüquqazidd əməllərə sövq etməklə qarışıqlıq salmağa cəhd göstərirlər. Ziyalılar, ağsaqqallar belə məqamlarda öz kəsərli sözlərini deyiblər, bütün cəmiyyəti, o cümlədən gənclərimizi öz arxasınca aparmağı bacarıblar. Şübhə etmirik ki, bu gün də kəsərli ağsaqqal sözü öz məntiqi hədəfinə çatacaq, Azərbaycan dövlətinin, onun Prezidentinin apardığı siyasətlə səsləşəcək,” – deyə Ərəstun Mehdiyev vurğulayıb.

Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini xatırladan Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin qovuşduğu, dinc yanaşı yaşadığı məkan olub. İndi də belədir. Azərbaycan xalqı müxtəlif dinləri, millətləri təmsil etdiyi insanlarla birlikdə əl-ələ verərək bu gün də yaranmış çətinliklərdən, təzyiq və təhdidlərdən xilas ola biləcək.

Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurasının ötən ilki fəaliyyətindən və əldə etdiyi uğurlardan söz açıblar. Bildirilib ki, Ağsaqqallar Şurasının hər bir üzvü cəmiyyətdə sağlam ruhun bərqərar olması, gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişməsi üçün üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirir və ölkəmizin dinamik inkişafı naminə səylə çalışır.

Çıxış edənlər, həmçinin ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət barədə də danışıb, Prezident İlham Əliyev tərəfindən elan olunan “Multikulturalizm ili”ndə Ağsaqqallar Şurasının üzərinə düşən vəzifələr haqqında fikirlərini bildiriblər. Vurğulanıb ki, dünyada münaqişələrin, böhranların kəskinləşdiyi bir zamanda Azərbaycanda sabitliyin, əmin-amanlığın hökm sürməsi təqdirəlayiq haldır.

Daha sonra Şuranın sədr müavini Bayram Yusifov qurumun ötən il gördüyü işlər barədə hesabatla çıxış edib. O, Ağsaqqallar Şurasının xalqımızın milli mənafeyi
nə xidmət edən fəaliyyətini daha da gücləndirərək bir sıra uğurlu layihələrə imza atdığını diqqətə çatdırıb.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: