Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlərAzərbaycan mədəniyyəti ildən-ilə inkişaf etməkdədir. Əlbəttə, bu inkişaf ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət və qayğısının nəticəsidir. Son illər Prezidentin sərəncamları ilə təsdiq olunan dövlət proqramlarının qəbul edilməsi, mədəniyyət işçilərinin əməkhaqlarının mütəmadi olaraq artırılması, onlara fəxri adların, Prezident təqaüdlərinin verilməsi, yeni mədəniyyət müəssisələrinin açılması məhz bu qayğının bariz nümunəsidir.

Azərbaycanda yaradılan sabitlik və əmin-amanlıq mühiti milli mədəniyyətimizin daha geniş miqyasda təbliğinə imkan yaradır. Bu gün milli mədəniyyətimiz dünyaya sürətlə inteqrasiya olunmaqdadır. Mütəmadi olaraq beynəlxalq miqyasda keçirilən sərgilər, Azərbaycan mədəniyyəti günləri milli-mənəvi dəyərlərimizin dünyada təbliğində əhəmiyyətli rol oynayır. Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinə, onun inkişafının təmin edilməsinə də böyük hörmət və məhəbbətlə yanaşılır.Təsadüfi deyil ki, cənab Prezidentin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikultralizm ili” elan olunmuşdur.

Bu gün Azərbaycanın mədəniyyət işçiləri cənab Prezidentin siyasətini dəstəkləyir və ölkə başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün ğz imkanlarını səfərbər etməyə, Azərbaycan mədəniyyətinin daha da inkişaf tapmasına öz töhfələrini verməyə hazırdırlar.

Bütün dünyada davam edən mürəkkəb iqtisadi vəziyyət fonunda cənab Prezidentin sərəncamı ilə mədəniyyət işçilərinin əməkhaqlarının artırılması bir daha onu sübut edir ki, Azəbaycanda mədəniyyət işçilərinə qayğı və diqqət davam etməkdədir. Biz mədəniyyət işçiləri bu ğayğıya görə ölkə rəhbərinə dərin minnətdarıqlığımızı bildiririk.

Adilxan BAYRAMOV,
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyətşünasliq üzrə
Elmi-Metodik Mərkəzin direktor müavini,
filologiya elmləri doktoru



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: