Universitetin mətbuat xidmətindən ZiM.Az -a bildiriblər ki, tədbiri Universitetin tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov açaraq ilk öncə AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədovun təbrikini gənclərə çatdırmış və Gənclər gününun Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi olduğunu bildirmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Universitetin “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri, dosent Həbib Mirzəyev, AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, TGT sədrinin müavini Atəş Bayramov və başqaları çıxış edərək AzTU-da təhsil alan gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıblar.
Bildirilib ki, dünyanın heç bir ölkəsində gənclərə belə diqqət və qayğı göstərilmir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti uzaq perspektivlərə hesablanıb. Yəni gənclərə göstərilən bu qayğı və diqqət gənclərlə bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəsil yetişdirmək məqsədi daşıyır.
AzTU-da bilikli, bacarıqlı mühəndis kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Universitetin kollektivi ölkə Prezidentinin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideyanın gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi hazırlamaq olduğunu yaxşı bilir. Bu ideyanın dəqiq və müntəzəm həyata keçirilməsi öz bəhrəsini verməkdədir. AzTU hazırda Avropanın 60-dan çox ali məktəbi ilə sıx əməkdaşlıq edir ki, bu da universitetin Avropa təhsil sisteminə inteqrasiyasını reallaşdırmağa imkan yaradır.
Təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə universitetin diplom və fəxri fərmanları, pul mükafatları verilib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.