AzTU-da BAYRAM TƏDBİRİ

AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİAzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ AzTU-da BAYRAM TƏDBİRİ Martın 4-də Azərbaycan Texniki Universitetinin Böyük Akt zalında
8 Mart Beynəlxalq
Qadınlar Gününə
həsr olunmuş
təntənəli tədbir
keçirilmişdir.


AzTU-nun mətbuat xidmətindən ZiM.Az-a bildirmişlər ki, tədbirdə
AzTU-nun professor-müəllim heyəti və tələbə kollektivi ilə yanaşı Azərbaycan
Aşıqlar Birliyinin
yeni sədri,

AMEA Nizami adına Ədəbiyyat institutunun direktor müavini,
Əməkdar elm xadimi,
Dövlət Mükafatı laureatı,

professor Məhərrəm Qasımlı,
Azərbaycan Aşıqlar
Birliyinin tәşkilat vә
gәnclәrlә iş üzrә
katibi Altay Mәmmәdli,
Azərbaycan Aşıqlar Birliyinin “Çeşmə” aşıq folklor qrupunun və Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbərliyi ilə “Aşıq Pəri” məclisinin
üzvləri də iştirak etmişlər.

Tədbiri giriş sözü ilə
AzTU-nun rektoru,
Əməkdar elm xadimi,
professor Havar Məmmədov
tədbiri açaraq
bu əlamətdar gün münasibəti ilə Universitetdə çalışan qadınları başçılıq etdiyi kollektiv adından
təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

Rektor qeyd etmişdir ki, hazırda Universitetdə 612 qadın əməkdaş çalışır və 1830 tələbə qız texniki elmlərin əsaslarına yiyələnir.
Universitet Qadınlar Şurasının sədri, dosent Gülşən Rzayevanın rəhbərliyi altında onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Azərbaycan konstitusiyasında təsbit olunmuş bütün hüquq və azadlıqlardan yararlanırlar.

Bildirilmişdir ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün Universitetin ictimai həyatında fəal iştirak edir, tədris prosesinin təkmilləşdirilməsində, gənclərin texniki elmlərə daha dərindən yiyələnməsində, gələcəyin bacarıqlı, hazırlıqlı, yüksək intellektə malik mühəndis kadrlarının hazırlanmasında öz qüvvə
və bacarıqlarını əsirgəmirlər.

Tədbirdə iştirak edən
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri,
professor
Məhərrəm Qasımlı

AzTU-nun qadın əməkdaşlarını,
tələbə qızları
8 Mart Beynəlxalq
Qadınlar Günü
münasibətilə
ürəkdən təbrik etmiş,
onlara xoşbəxt və
firavan həyat
arzulamışdır.

Sonra Azərbaycan
Aşıqlar Birliyinin
“Çeşmə” aşıq folklor qrupunun,
habelə “Aşıq Pəri”
məclisinin üzvləri,
eləcə də
Azərbaycan
Respublikasının
Əməkdar
mədəniyyət işçisi,
aşıq Gülarə Azaflı

tədbir iştirakçılarına
qədim el sənəti
nümunələrindən
ibarət mahnı çələngi
təqdim etmişlər.
Əslən amerikalı və milliyətçə ingilis olan
Aşıq Marta
nın ifası
tədbir iştirakçılarının
xüsusi marağına
səbəb olmuşdur.

Tədbirdən sonra
AzTU-nun rektoru,
professor Havar Məmmədov
öz ifaları ilə bayram tədbirini rövnəqləndirən ifaçılara və mərasimin qonaqlarına təşəkkürünü bildirmiş,
onlara "FƏXRİ qonaq"
xatirə diplomları
və hədiyyələri
təqdim etmişdir.

.



YERİ GƏLMİŞKƏN,
XATIRLADAQ Kİ...


My Webpage

Dünən - Mart ayının 3-­dә Azәrbaycan Aşıqlar Birliyi İdәrә Heyәtinin növbәdәn kәnar iclası keçirilib.

Xalq şairi Zәlimxan Yaqubun vәfatından sonra
ilk dәfә toplanan idarә heyәtinin iclasını professor
Qәzәnfәr Paşayev
açıb.

Azәrbaycan Aşıqlar Birliyinin sәdri Zәlimxan Yaqubun xatirәsi bir dәqiqәlik sükutla
yad edilib.

Sonra gündәlikdә duran
әsas mәsәlәyә ­
Azәrbaycan Aşıqlar
Birliyinin yeni sәdrinin
seçilmәsi mәsәlәsinә
baxılıb.

Ustad aşıq, Әmәkdar incәsәnәt xadimi,
Prezident tәqaüdçüsü
Әdalәt Nәsibov

çıxış edәrәk
bu vәzifәyә
Dövlәt mükafatı laureatı,
Әmәkdar elm xadimi,
professor
Mәhәrrәm Qasımlı
nın
namizәdliyini irәli sürüb.

Ustad aşıqlardan
İsfәndiyar Rüstәmov,
Mahmud Mәmmәdov,
Ulduz Quliyeva,
Ağamurad Şirvanlı,
Gülarә Azaflı

digәrlәri dә bu tәklifi dәstәklәyiblәr.
Tәklif sәsә qoyulub vә yekdilliklә qәbul olunub.

Sonra professor
Mәhәrrәm Qasımlı
yeni vәzifәdә görәcәyi işlәrdәn, qarşıda duran vәzifәlәrdәn danışıb, yeni tәyinatlar haqqında
mәlumat verib.

İclasın qәrarıyla
Mәhәmmәdәli Mәşәdiyev yaradıcılıq mәsәlәlәri üzrә,
Sәnubәr Bağırova beynәlxalq mәsәlәlәr üzrә,
Musa Nәbioğlu mәtbuat, informasiya vә nәşriyyat mәsәlәri üzrә,
Ağamurad Şirvanlı regionlarla iş üzrә,
Altay Mәmmәdli tәşkilat vә gәnclәrlә iş üzrә katiblәr,
professor Qәzәnfәr Paşayev Ağsaqqallar şurasının sәdri,
Elxan Mәmmәdli elmi işlәr,
Gülarә Azaflı isә qadın aşıqlarla iş üzrә sәdrin müşavirlәri,
Abbas Musaxanoğlu
Nemәt Qasımlı bәdii şuranın hәmsәdrlәri vәzifәlәrinә tәsdiq olunublar.

İclasda Mәdәniyyәt vә Turizm nazirliyinin şöbә müdiri Fikrәt Babayev
iştirak edib.


Onu da xatırladaq ki,
Azərbaycan Aşıqlar Birliyinin 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının
V Qurultayı
nda Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsinə mərhum xalq şairi Zəlimxan Yaqub seçilmişdi.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin...

Qeyd edək ki,
Məhərrəm Qasımlı
1958-ci ildə
Tovuz rayonunun
Alakol kəndində
anadan olub.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya ixtisasını bitirib.

1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.

1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır.

1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir.

2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.

O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.

M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur.

AzTU-da BAYRAM TƏDBİRİ 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.

Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.

Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası,
xaricdə isə 20 məqaləsi çapdan çıxıb.


Çox hörmətli professor Məhərrəm Qasımlı başda olmaqla,
Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş rəhbərliyini ürəkdən təbrik edir və
onlara yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: