“SABAH” qruplarında
oxuyan tələbələr ilə
Təhsil Nazirliyinin
“SABAH” qruplarının
İcra Komitəsinin rəhbəri
Şahin Seyidzadənin
görüşü keçirilib.
Tədbirdə AzTU-nun tədris işləri üzrə prorektoru
Xalıq Yahudov, Memarlıq
və İnşaat Universitetinin
“SABAH” qruplarının rəhbəri Pərvin Quliyeva
və Azərbaycan Texniki Universiteti “SABAH” qruplarının
rəhbəri İmran Yolçuyev, eləcə də Azərbaycan
Texniki Universitetinin və Azərbaycan Memarlıq və
İnşaat Universitetinin “SABAH” qruplarının tələbələri
iştirak edib.
Təhsil Nazirliyinin
“SABAH” qruplarının
İcra Komitəsinin
rəhbəri Şahin Seyidzadə
çıxışında bu qruplarda təhsil alan tələbələrin qayğısından,təhsilin keyfiyyətindən,yaradılan şəraitdən ətraflı danışıb.
Şahin Seyidzadə tələbələrə halhazırda bu təhsil proqramında olan dəyişikliklər haqqında da məlumat verib. Bildirilib ki, yeni dəyişikliklərin təməlində əldə edilən biliklərin istehsalatla tətbiqi dayanıb.
Sonda tələbələrin problemləri və təklifləri dinlənilərək müzakirə edilib və onları maraqlandıran bütün suallar ətrafı cavablandırılıb.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.