AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keçirilmişdir

AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keçirilmişdir AzTU-da “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nə həsr olunmuş seminar keçirilmişdir Bakı şəhəri Texniki Yaradıcılıq Mərkəzi Bakı şəhəri üzrə Təhsil idarəsi ilə birlikdə hər il Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə VIII-X sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirir.

Artıq ənənə halını almış həmin müsabiqə bu il bir qədər də daha mükəmməl və daha geniş çərçivədə təşkil olunmuşdur. Belə ki, qaqrşılıqlı razılaşma əsasında müsabiqənin Azərbaycan Texniki Universitetində keçirilməsi qərara alınmışdır.

2016-cı ilin yanvar-mart aylarında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” 1-ci və 2-ci mərhələləri keçirilmişdir.
Martın 17-də Azərbaycan Texniki Universitetidə müsabiqənin 3-cü mərhələsinə həsr olunmuş seminar təşkil edilmişdir.

Universitetin tədris işləri üzrə prorektoru Xalıq Yahudov çıxış edərək seminar iştirakçılarını salamlamış, AzTU-haqqında məktəblilərə ətraflı məlumar vermiş və bu seminarın şagirdlərə təsir edəcək müsbət tərəflərindən danışmışdır.

Daha sonra Bakı şəhəri Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov keçirilən müasbiqə haqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, müsabiqənin hər mərhələsində fizika fənni üzrə ümumtəhsil müəssisələrinin proqramına uyğun olaraq 30 sualdan ibarət test, 5 məsələ və 1 praktiki iş seminarda iştirak edən şagirdlər tərəfindən yerinə yetirilmişdir. Yəni bu seminarda artıq 1-ci və 2-ci mərhələdən keçmiş şagirdlər iştirak edir.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdən kənar fəaliyyətinin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev çıxışında bildirmişdir ki, seminarın AzTU-da keçirilməsində əsas məqsəd məktəbliləri daha geniş auditoriya ilə tanış edərək Universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və çihazları əyani şəkildə görmələridir. Bu əyani təsvir şagirdlərə yeni fikirlərin, ideyaların üzə çıxarılmasına kömək edəcəkdir.

Seminarda AzTU-nun “Xüsusi texnika və texnologiya”“Radiotexnika və rabitə” fakültələrinin dekanları Ramiz HüseynovBayram İbrahimov çıxış etmişi və bu istedadlı şagirdləri gələcəkdə AzTU-da görmək istədiklərini bildirərək onlara uğurlar arzulamışlar.

Sonda seminar iştiakçıları AzTU-nun laboratoriyaları ilə yaxından tanış edilmişlər.

Müsabiqənin yekun mərhələsi də aprelin 6-da AzTU-da keçiriləcək.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: