AzTU-da möhtəşəm Novruz şənliyi

AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi AzTU-da möhtəşəm Novruz şənliyi Azərbaycan Texniki Universitetində
Novruz şənliyi təşkil olunub


Şənliyi giriş sözü ilə açan
rektor, Əməkdar elm xadimi,
professor Havar Məmmədov

AzTU əməkdaşlarını və tələbələri
Novruz bayramı münasibəti ilə
təbrik edib.

Professor Havar Məmmədov çıxışı zaman AzTU-nun ölkənin ictimai-siyasi, elmi-texnaloji sferasında tutduğu mühüm pilləyə diqqət çəkərək tələbələrdən gözləntilərin çox olduğunu vurğulayıb.

Daha sonra rektor universitetin həyətində Novruz tonqalını alovlandırıb.

AzTU-nun yaradıcı tələbələri isə müxtəlif nömrələr nümaiş etdiriblər.
Kimi Kosa, Keçəl, Bahar qız obrazında Novruz abu-havası gətirib, kimi isə musiqi ifa edib, şeir oxuyub.

Tələbələrin böyük marağına səbəb olan şənlik zamanı iş başında olan əməkdaşlara isə bayram sovqatı paylanılıb.

AzTU-nun Azad Həmkarlar İttifaqı Komitəsi 1200-ə yaxın əməkdaşa bayramla əlaqədar müxtəlif Novruz hədiyələri təqdim edib.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: