VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)
VƏLİ PAŞAYEV
filologiya elmləri namizədi, dosent

(1940)


Vəli Möylə oğlu Paşayev 1940-cı il iyunun 25-də Ulu borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunun Məmişli kəndində ana­dan olmuşdur.
1947-ci ildə məktəbin 1-ci sinfinə get­miş, 1958-ci ildə həmin məktəbi bitirib Sovet Ordu sı­ra­la­rına çağırıl­mışdır.
1962-ci ildə baş leytenant rüt­bəsində or­du­dan tərxis olun­muşdur.
1963-cü ildə keçmiş M.F.Axun­dov adına ADPİ-nin rus dili və ədəbiy­yatı fakültəsinə daxil olmuş, 1969-cu ildə isə həmin institutu bitirmişdir.
Əmək fəaliyyətinə Tovuz rayonunda başlamış, sonra isə anadan olduğu kənd orta məktəbində müəllim işləmişdir.
Bir neçə il həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1973-cü ildən 1984-cü ilə qədər Bakı şəhərində kimya-bio­logiya təmayüllü 5 saylı respublika internat məktəbində müəl­lim, 1984-cü ildən 1991-ci ilə qədər həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir.
1989-cu il fevral ayından 1991-ci il fevral ayına qədər Azərbaycan Poli­texnik İnstitutunun Azərbaycan və rus dilləri kafedra­sında saat hesabı müəllim işləmişdir. 1991-ci il fevral ayında isə Azər­baycan Texniki Universitetinə müsabiqə yolu ilə müəl­lim keçmişdir.
1992-ci ilin aprel ayından Azərbaycan Texniki Universi­teti­nin Azərbaycan dili kafedrasında baş müəllim, 1994-cü ilin noyabr ayından indiyə qədər dosent vəzifəsində çalışır, 1985-ci ildən filologiya elmləri namizədidir.
Vəli Paşayevin elmi-pedaqoji fəaliyyəti 30-dan artıq elmi əsərdə öz əksini tapmışdır.
O cümlədən, 1 metodik məcmuənin, 2 metodik vəsaitin və bir dərs vəsaitinin müəllifidir.

Vəli müəllimə bundan sonra da şərəfli peşəsində uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: