Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşüblər

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşüblər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşüblər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşüblər Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşüblər Dövlət Təhlükəsizlik Xidmətinin veteranları AzTU-da tələbələrlə görüşmüşlər.

Əvvəlcə qonaqlar və rəhbərlik Ulu Öndər Heydər Əliyevin büstü və AzTU Şəhidlərinin xatirə lövhəsi önünüə gül dəstələri qoymuşlar.

Sonra Şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilmişdir.

AzTU-nun Tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov qonaqları salamlayaraq tələbələrə təqdim etmiş və görüşün əsas məqsədinin gənclərə hərbi vətənpğrvərlik ruhunun aşılanması olduğunu bildirmişdir.Prorektor Dövlət Təhlükəsizlik Xidmətinin ölkənin müstəqilliyi və müdafiəsi üçün həyata keçirdiyi işlərdən danışaraq bu qurumun əməkdaşlarının xidmətinin gənclərə yaxşı örnək ola biləcəyini söyləmişdir.

Daha sonra Azərbaycan DTX-nın məsul işçisi, polkovnik-leytenant S.Şeydayev, veteranlar - polkovnik A.Qarayev polkovnik M.Həsənov çıxışlarında iş fəaliyyətlərindən danışaraq bildirmişlər ki, təhlükəsizlik orqanlarında xidmət etmək üçün gənclər öz üzərində işləyərək bilik və bacarıqlarını artırmalı, Vətəni özündən də çox sevməlidirlər.

Çıxışlarda 60-ci illərdən sonra və Ömrünün 25 ilini Təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin respublika təhlükəsizlik orqanlarında fəaliyyətindən sonra milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldüyü qeyd edilmişdir.Ğörkəmli şairlərimiz Rəsul Rza,Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, akademik Ziya Bünyadov və c.şəxslər repressiyalardan məhz Heydər Əliyevin köməyi nəticəsində xilas edildiyi xüsusi vurğulanmışdır.

Sonda prorektor İsa Xəlilov tədbirə yekun vuraraq gənclərə həmişə Vətənin müdafiəsində,müstəqilliyimizi qorumağa həmişə hazır olmalarını tövsiyə etmişdir.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: