AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirilib.

Konfransın keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə təhsil alan tələbələri müasir elmi yeniliklər ilə, Ulu Öndərin təhsil və elm sahəsində xidmətləri ilə tanış etməkdir.

Tədbir iştirakçıları əvvəlcə Universitetdə yaradılan “Heydər Əliyev Mərkəzi” ilə olublar, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarla tanış olublar, foyedə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Universitet rəhbərliyi və qonaqlar ötən ay cəbhədə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan AzTU-nun şəhid məzunlar üçün yaradılan güşə ilə tanış olublar və AzTU Şəhidlərinin xatirə lövhəsi önünə gül dəstələri qoyublar.

Daha sonra AzTU-nun Böyük akt zalında konfransın plenar iclası öz işinə başlayıb.
Ümummilli lider Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov konfransın plenar iclasını açıq elan edib. Rektor Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən, onun hakimiyyəti illərində təhsilə olan diqqət və qayğıdan danışaraq bu şərəfli ömür yolunun tələbələrə örnək olmasını bildirib.

Professor Havar Məmmədov çıxışına davam edərək Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğulayıb, Ulu Öndərin "Dövlət gənclər siyasəti haqqında" 1999-cu il 29 iyul tarixli Fərmanının əhəmiyyətindən söz açıb.

Rektor vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindəndir.

Bildirilib ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəallığı ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.

H.Məmmədov qeyd edib ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Gənclərimiz təhsildə müvəffəqiyyət qazanmaqla yanaşı, vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi bu günün tələbə gənclərindən asılıdır.

Sonra gənc tədqiqatçı tələbələrin “Heydər Əliyev və müasir Azərbaycan”, “MİCROSOFT HYPER-V server bazasında AzTU-da virtual iş yeri infrastrukturunun qurulması”, “12,7X108 mm-lik snayperin B-32 tipli zireh dələn yandırıcı gülləli patronun layihələndirilməsi və İNVERTOR proqramı vasitəsilə kompyuter modelinin qurulması” mövzularında məruzələri maraqla dinlənilib.

Plenar iclasda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev, Bakı Dövlət Universitetinin prorektoru Vüqar Mehrabov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elmvə texnika işləri prorektor – texnika elmləri doktoru Rauf Əliyarov, eləcə də Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri Azad Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri və gənc tədqiqatçılar iştirak ediblər.

Konfrans “Avtomatika və kompyuter texnikası”, “Xüsusi texnika və texnologiya” “Radiotexnika və rabitə”, “Elektrotexnika və energetika”, “Metallurgiya”, “Texnoloji maşınlar”, “Nəqliyyat”, “Maşınqayırma”, “Mühəndis biznesi və menecment”, "Dillər", "Humanitar fənlər" və digər bölmə iclasları ilə davam edərək öz işini mayın 5-də yekunlaşdıracaq.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: