1-ci və 2-ci mərhələdən keçən gənc fiziklərin 3-cü, final mərhələsi aprelin 6-da AzTU-da yekunlaşmışdır.
AzTU-nun rektoru, professor Havar Məmmədov “Gənc fiziklər”lə görüşü zamanı ilk olaraq cəbhədəki uğurlarımıza görə xalqımızı təbrik etmişdir. Daha sonra rektor bu istedadlı şagirdləri gələcəkdə AzTU-da görmək arzusunda olduğunu bildirmiş və Universitet haqqında geniş məlumat vermişdir. Rektor Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə diqqət çəkərək gənclərimiz üçün çox böyük perspektivin olduğunu vurğulamışdır. Professor Havar Məmmədov gənclərə ordumuzun cəbhədəki uğurlarından danışaraq texnika və texnologiyanın önəminə diqqət çəkmişdir. Rektor bildirmişdir ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən aslıdır. Çıxışının sonunda rektor AzTU-nun məşhur, dövlət xadimi olan məzunlarından danışaraq bugünkü “Gənc fiziklər”ə uğurlar arzulamışdır.
Tədbirdə iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva isə çıxışında məktəblilər üçün yaradılan şəraitə görə öncəliklə Universitet rəhbərliyinə təşəkkür etmişdir. O, bu layihənin gələcəkdə bir ənənəyə çevrilməsi üçün Bakı Şəhər Təhsil İdarəsinin mexanizm hazırlayacağını bildirmişdir.
AzTU-nun fizika kafedrasının müdiri, professor Eldar Qocayev çıxış edərək bugünkü final mərhələsi testlərinin hazırlanmasında Universitet alimlərinin iştirakını qeyd etmiş və bildirmişdir ki, testlər fizika fənninin əhatəsini tam əks etdirir.
Sonra Bakı şəhəri Texniki Yaradıcılıq Mərkəzinin direktoru Həsən Qaralov keçirilən müasbiqə haqında geniş məlumat vermişdir.
Daha sonra şagirdlər AzTU-nun kompyuter zalında testlə imtahan verərək müsabiqəni yekunlaşdırmışlar.
Tədbirdə final mərhələdə iştirak edən şagirdlərə sertifikatlar verilmişdir.
Final mərhələdə 24 komandadan ibarət 72 şagird iştirak etmişdir.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.