AzTU-nun rektoru qalib tələbələrlə görüşüb

AzTU-nun rektoru qalib tələbələrlə görüşüb Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədov «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası»nın qalibləri ilə görüşüb.

Görüşdə tələbələrin əldə etdiyi uğur müzakirə olunub.

Tələbələr üzərində çalışdıqları yeni işlər haqqında rektora məlumat veriblər. Bildiriblər ki, Universitetin İnformasiya Texnologiyaları və Proqramlaşdırma kafedrasında yeni mexanizmlərin yaradılması, uzaqdan idarə olunan robotların hazırlanması prosesi gedir.

Rektor, AzTU-da informasiya texnologialarının daha da təkminləşdirilməsi, kadr potensialının gücləndirilməsi üçün Universitetin «StartUp»çılara hər cür dəstək göstərəcəyini deyib və qalib tələbələrə uğurlar arzulayıb.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda Universitetin “AzTU1” komandası qalib gəlib.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: