AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib

AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib AzTU-nun I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib Mayın 19-da Azərbaycan Texniki Universitetinin
I kurs tələbələrinə SABAH qruplarının təqdimatı keçirilib.


Tədbirdə iştirak edən
Təhsil Nazirliyi SABAH qruplarının İcra komitəsinin rəhbəri
Şahin Seyidzadə
SABAH haqqında tələbələrə ətraflı məlumat verərək, bu qruplarda təhsil alan tələbələrin qayğısından, təhsilin keyfiyyətindən, yaradılan şəraitdən və qəbul şərtlərindən danışıb.

Sonda tələbələrin təklifləri dinlənilərək müzakirə edilib və qəbul şərtləri haqqında onları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.

Qeyd olunub ki, bu il SABAH quruplarına AzTU-da 5 ixtisas üzrə: “Kompyuter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika, telekommunikasiya və Radiotexnika mühəndisliyi”, “Biotibbi texnika mühəndisliyi” ixtisasları üzrə qəbul elan edilib.
SABAH qruplarıda təhsil 3 ildir və yalnız I kurs tələbələri müraciət edə bilərlər.
Müraciət edən tələbələr I kursu bitirdikdən sonra, II kursdan başlayaraq SABAH-da təhsil alacaqlar.
Qəbul məntiq və ingilis-dili üzrə testlə aparılır.

Tədbirdə AzTU-nun Tədris işləri üzrə prorektoru Xalıq YahudovAzTU SABAH qruplarının rəhbəri İmran Yolçuyev iştirak ediblər.

Əlavə məlumat almaq istəyənlər sabah.edu.qov.az saytına müraciət edə bilərlər.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: