AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs tələbələri ilə görüşüb

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs tələbələri ilə görüşüb Mayın 18-də Azərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs tələbələri ilə Universitetin rektoru, professor Havar Məmmədovun görüşü keçirilib.

Rektor çıxışında fakültənin 4-illik uğurlu fəaliyyətindən, yüksəkixtisaslı kadr hazırlığından və fakültənin bugünkü nəticələrindən danışaraq professor-müəllim heyətinin fəaliyyətini yüksək qiymətləndirib.Eyni zamanda rektor gələcək üçün böyük ümidlər verən, potensial imkanlı gənc mütəxəssislərin Universitetdə tədris prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs tələbələri ilə görüşüb AzTU-nun rektoru "Xüsusi texnika və texnologiya" fakültəsinin III-IV kurs tələbələri ilə görüşüb Sonra fakültənin dekanı Ramiz Hüseynov imtahan hazırlığından, diplom işlərindən və təhsilini xaricdə davam etdirmək istəyən tələbələrdən söz açıb, onlara lazımi şəraitin yaradıldığını bildirib.

Daha sonra tələbələrin təklif və iradlarını dinləyən rektor bildirib ki, belə istedadlı tələbələrə qayğı göstərilməsi, imkan və şərait yaradılması vacibdir. Eyni zamanda rektor bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini bildirib.

Tədbirin sonunda tələbələr Universitet rəhbərliyi tərəfindən onlara göstərilən, diqqət və qayğıya görə, xüsusən də Universitetin rektoru, professor Havar Məmmədova öz minnətdarlıqlarını bildirərək, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı naminə bütün bilik və bacarıqlarından istifadə edəcəklərinə söz veriblər.

İnanırıq ki, bu fakültədə təhsil alan gənclər bugünkü diqqət və qayğı sayəsində gələcəkdə yüksəkixtisaslı kadr olaraq Vətənə layiqli vətəndaş olacaqlar.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: