Gənc fiziklər AzTU-da

Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-daGənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-daGənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-daGənc fiziklər AzTU-daGənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Gənc fiziklər AzTU-da Mayın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib.
Finalda Bakıdakı yeddi məktəbin komandası iştirak edib.
Qaliblərə universitetin xüsusi diplomları təqdim olunub.

AzTU-dan ZiM.Az-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə universitetin tədris işləri üzrə prorektoru Xalıq Yahudov müsabiqənin əhəmiyyətindən danışıb, gənc fizikləri təbrik edib. Vurğulanıb ki, ölkəmizin gələcək inkişafı texnoloji biliklərə sahib olan gənclərimizdən asılıdır.

Bakı məktəbliləri arasında keçirilən müsabiqədə komandaların hazırlanmasında yüksək fəallıq göstərdiklərinə görə qalib məktəblilərin fizika müəllimləri də mükafatlandırılıblar. Onlara Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplomları təqdim edilib.

Qeyd edək ki, məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması üçün VIII-X sinif şagirdləri arasında keçirilən müsabiqə çərçivəsində gənc fiziklər AzTU ilə tanışlıq imkanı da əldə ediblər.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: