AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib

AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilibAzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib Mayın 26-da Azərbaycan Texniki Universitetində Respublika Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Universitetin foyesində olan büstü önünə gül qoyulub.
Sonra Azərbaycan Dövlət Respublikasının himni səslənib.
Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında, azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar. 

1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran rektor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik.

Mili Məclisin deputatı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar inisitutu”nun direktoru Elman Nəsirli Millət vəkili, AzTU-nun kafedra müdiri, professor Astan Şahverdiyev də çıxışlarında ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar. 

Tələbələr adından MBM fakültəsinin I kurs tələbəsi Rəna Səfərova çıxış edib. O, bildirib ki, bugünkü gənclik müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi yolunda üzərlərinə düşən məsuliyyəti tam dərk edir.

AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib AzTU-da Respublika Günü ilə bağlı tədbir keçirilib











Müşfiq BORÇALI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: