Alim bu mükafata “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və cəmiyyətdəki fəal ziyalı mövqeyi əsas götürülərək təltif olunub. Mükafat komissiyası AzTU-nun professorunu “Ən yaxşı vətənpərvər tədqitqtşı alim” elan edib.
AzTU-nun rektoru, professor Havar Məmmədov Universitetin Elmi şurasının iclasında Rasim Əlizadəni bu uğuruna görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Rasim Əlizadə maşın, mexanizmlər nəzəriyyəsi, mexanizmlərin kinematik analizi, sintezi, fəza mexanizmlərinin kinematik analizi sahəsində uğurlu tədqiqatlar aparıb. Alim çoxsaylı elmi kitabların müəllifi olmaqla yanaşı həm də torpağına-vətəninə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə texniki elmlərin inkişafı tarixində göstərdiyi əvəzsiz xidmətləri ilə də seçilir.
Biz də bu yeni uğuru münasibətilə AzTU-nun kafedra müdiri,
çox hörmətli professor Rasim Əlizadəni ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji-ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.