Silah mütəxəsislərimizdən ilk məzunlar

Silah mütəxəsislərimizdən ilk məzunlarSilah mütəxəsislərimizdən ilk məzunlar Silah mütəxəsislərimizdən ilk məzunlar Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin bu il ilk məzunları buraxılır.

Milli mühəndislərə, silah kanstrukturlarına son dərəcə ehtiyac duyulduğu bir dövürdə fakültədə aparılan işlər və yüksək ixtisaslı mütəxəsislərin hazırlanması istiqamətində həyata keçirilən fəaliyyət artıq öz nəticəsini verməkdədir. Bu il yeni yaradılan fakültənin 70 tələbəsi məzun olacaq.

Tələbələrin buraxılış işləri müdafiəsində iştirak edən rektor, professor Havar Məmmədov fakültənin yaradılmasında əsas məqsədin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etmək olduğunu deyib.
Rektor bildirib ki, bu il ilk məzunlarını buraxan fakültədə tədris çox yüksək səviyyədə qurulub.
Professor Havar Məmmədov tələbələrin hər birinin informasiya texnologiyalarından, istehsal üçün vacib olan proqramlardan istifadə bacarığının olmasını yüksək qiymətləndirib və müdafiə sənayesi sahəsində yaxın illərdə xüsusi inkişafın reallaşacağını vurğulayıb.

Tələbələrin müdafiəsi Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Novruz Abdullayevin rəhbərlik etdiyi Universitetin professor müəllim heyyətindən təşkil olunan Dövlət Atestasiya Komissiyası tərəfindən aparılıb. Komissiya üzvləri buraxılış işlərinin Müdafi Sənayesi Kompleksinin müəssisələrinin marağına uyğun işlənildiyini və yüksək əhəmiyyət kəsb edən məsələlər olduğunu deyiblər.
İlk olaraq müdafiəyə qatılan 6 tələbənin buraxılış işləri Optotexnika mühəndisliyi və Çoxkanallı radiorele, troposfer rabitəsi cihazlarının təmiri, istismarı və istehsalı sahələri üzrədir.
Buraxılış işinin müdafiəsinə hazırlaşan 65 tələbənin mövzusu isə fakültədə tədris olunan 5 ixtisas - Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı üzrədir.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi Texnika və Texnologiya Fakültəsi (XTTF) Nazirlər Kabinetinin “Azərbaycan Respublikası müdafiə kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması haqqında” 07.06.2011-ci il tarixli 91 nömrəli qərarı əsasında yaradılıb.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: