AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub

AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunubAzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub AzTU-da imtahanların gedişini izləmək üçün “Açıq qapı günü” təşkil olunub İyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən yaz imtahan sessiyasının gedişini izləmək üçün “Açıq qapı günü” keçirilib.

ZiM.Az xəbər verir ki, KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, bu il yaz imtahan sessiyasında təxminən doqquz mindən çox tələbə iştirak edir. Xüsusi texnika və texnologiya fakültəsində, “SABAH” qruplarında təhsil alan tələbələr və magistrantlar yazılı, bakalavriat səviyyəsində təhsil alan digər tələbələr isə test üsulu ilə imtahan verirlər.

İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları da (kollokviumlar) keçirilib. İmtahanların gedişinə nəzarət etmək məqsədilə bu ali məktəbdə qərargah və Apelyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.

H.Məmmədov qeyd edib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür, həm yazılı, həm də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiqlədikdən sonra dərhal kompyuterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda isə bütün imtahanların nəticələri universitetin elektron portalında yerləşdirilir.

Rektor diqqətə çatdırıb ki, yaxın günlərdə universitetdə İctimai Şura fəaliyyətə başlayacaq. Bu qurum ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı artırmaq, prosesləri daha düzgün, obyektiv qiymətləndirmək, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədilə yaradılır.

Sonra təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: