AzTU-da Respublika Elmi-texniki Konfransının iştiarçıları mükafatlandırılıb

AzTU-da Respublika Elmi-texniki Konfransının iştiarçıları mükafatlandırılıb AzTU-da Respublika Elmi-texniki Konfransının iştiarçıları mükafatlandırılıb 3-5 may 2016-cı ildə Azərbaycan Texniki Universitetində (AzTU) Ümümmilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan Respublika Elmi-texniki Konfransında iştiak edən məruzəçilərdən ən yaxşıları seçilərək mükafatlandırılıblar.

Universitetin rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov həmin məruzəçilərlə görüşərək onları təbrik edib və mükafatçılara diplomlarını təqdim edib.

Rektor bildirib ki, Konfransda 11 bölmə üzrə 556 məruzə dinlənilməsi planlaşdırılıb. Bunlardan əksəriyyəti dinlənilib və ən yaxşılarının çap olunması tövsiyə edilib. Azərbaycan Texniki Universitetinin “Elmi əsərləri”ndə çap olunması tövsiyyə edilən məruzələrdən 5-nin müəllifi Universitetin özündən olan iştirakçılardı.
Konfransda kənar təşkilatlardan da məruzəçilər iştirak edib. Bunlardan da 16 məruzə dinlənilərək çap olunması tövsiyyə edilib.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: