Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları AzTU-da olublar

Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları AzTU-da olublar Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları AzTU-da olublar Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları AzTU-da olublar Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları AzTU-da olublar Almaniyanın Metrologiya İnstitutunun əməkdaşları Azərbaycanın ali məktəblərində metrologiya sahəsində gənc metroloqların hazırlanması üçün bu fənnin tədrisi üzrə təlimlər hazırlayıblar. Bu məqsədlə Almaniyanın Metrologiya İnstitutunun professoru Manfred Kochsiek, Irene Flouda və Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Aparatının Metrologiya şöbəsinin müdir müavini Yusif Həsənov sentyabrın 7-də AzTU-nun professor-müəllim heyəti ilə görüşüblər.

AzTU-nun tədris işləri üzrə prorektoru Xalıq Yahudov qonaqları qəbul edib və AzTU haqqında onlara ətraflı məlumat verərək bildirib ki, AzTU Almaniyanın bir çox universitetləri ilə sıx əməkdaşlıq edir.

Toplantıda iştirak edən Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Aparatının Metrologiya şöbəsinin müdir müavini Y.Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda icrası davam edən sayca III Tvinninq layihəsinin əsas məqsədi metrologiya sisteminin daha da təkmilləşdirilməsidir. Çıxışının sonunda Y.Həsənov qeyd edib ki, Aİ və SMPDK-nın birgə icra etdikləri Tvinninq layihəsi Çex Metrologiya İnstitutu (ÇMİ) və Almaniyanın Fiziki-Texniki İnstitutunun (PTB) yaratdığı konsorsiumu ilə əməkdaşlıq çərçivəsində icra olunur.

Daha sonra almaniyalı mütəxəssislər metrologiya sahəsində olan yeniliklərdən danışaraq Azərbaycan ali məktəblərində gənc metroloqların hazırlanması üçün hansı təlimlərin hazırlanması haqqında məlumat veriblər.

Qeyd olunub ki, AzTU-da bu görüşün əsas məqsədi Universitetin “Metrologiya və standartlaşdırma” kafedrasında tədrisin daha da güclü olmasına kömək etməkdir. Daha sonra AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasında tədris proqramı ilə əlaqəli müzakirələr aparılıb.

Çıxışlarda qeyd olunub ki, bu sahədə nə qədər güclü biliyə sahib tələbə olarsa dövlətin metrologiya sahəsində o qədər güclü mütəxəssisi olacaq.

Toplantıdan sonra qonaqlar AzTU-nun laboratoriyaları ilə yaxından tanış olublar.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: