AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Sentyabrın 29-da Rusiya Federasiyası Ulyanovsk Dövlət Universitetinin prezidenti, professor Yuri PolyanskovUniversitetin rektoru Boris Kostişko Azərbaycan Texniki Universitetində olublar.

Qonaqlar AzTU ilə yaxından tanış olduqdan sonra əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər.

Hər iki tərəfin nümayəndələrinin iştirakı ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb və gələcəkdə görüləcək işlərin ilkin razılığı əldə edilib.

AzTU-nun rektor əvəzi Xalıq YahudovUlyanovsk Dövlət Universitetinin rektoru Boris Kostişko nümayəndələrin iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Müqavilədə elm, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistr, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması nəzərdə tutulub.

Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə də yaxından tanış olaraq Xatirə Kitabına ürək sözlərini yazıblar.
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: