Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi ilk dəfə olaraq 2016-cı ildə Azərbaycan Texniki Universitetinin nəznində gənclərin təşəbbüsü ilə yaradılmışdır.
Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin əsas fəaliyyəti istiqaməti, tələbə gənclərin şəxsi inkişafını və idarəetmə potensialını virtual olaraq təkmilləşdirməkdir. Ümumilikdə gənclər bu mərkəz vasitəsilə virtual olaraq yüksək intellekt səviyyələrini, idarəçilik bacarıqlarını, dil biliklərini, layihələrin idarə olunmasını daha yaxından mənimsəyərək cəmiyyətə lazımlı kadr olaraq yetişəcəkdir. Mərkəzin əsas məqsədi gəncləri virtual olaraq bir amalda birləşdirmək, onların liderlik bacarıqlarını inkişaf etdirmək və mərkəzin daxili strukturuna uyğun olaraq virtual olaraq reallaşdırılan təlim və treniqlərə cəlb etməkdir. Beləkliklə gənclər öz idealarını və təkliflərini bu mərkəz vasitəsilə daha dolğun və daha düzgün formada cəmiyyətə təqdim edərək şəxsi inkişafları üçün böyük uğurlar əldə edəcəklər. Mərkəz 3 istiqamətdə fəaliyyət göstərməkdədir.
Layihələrin idarə olunması və innovasiya mərkəzi:
Kariyera mərkəzi.
Təqaüd, təcrübə və təlim proqramları mərkəzi.
Təqdimat mərasimi 14 Oktyabr 2016-cı il tarixində saat 14:30-da AzTU-nun Böyük Akt Zalında keçiriləcək.
Əlaqə: Təranə Həsənova 050 873 24 06
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.