AzTU –da ”Nar” günü keçirilib

AzTU –da ”Nar” günü keçirilib AzTU –da ”Nar” günü keçirilib “Nar” özünün KSM strategiyası çərçivəsində AzTU ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Şirkət Universitetlə olan əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirir.


Bu məqsədlə Azərbaycan Texniki Universitetində oktyabrın 13-də “Nar” nümayəndələrinin iştirakı ilə “Nar” günü proqramı həyata keçirilib.

Tədbirdə proqram çərçivəsində tədris semestrinin sonunda ən yaxşı tələbələrin seçiləcəyi barədə elan verilib.
Daha sonra qeyd olunub ki, hər semestrdə ən yaxşı nəticələri göstərmiş 3 tələbə “Nar” tərəfindən xüsusi hədiyyələrlə təltif ediləcək.
İmtahan sessiyasında isə göstərdikləri nəticəyə uyğun olaraq tələbələr mobil operatordan dəyərli hədiyyələr qazanacaqlar.
Beləliklə “Nar” fərqlənən tələbələr üçün xüsusi mükafat təsis edib.

Xatırladaq ki, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə AzTU ilə “Nar” arasında imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində Universitetdə Nar GSM laboratoriyası yaradılıb, tələbələr GSM sahəsi üzrə müxtəlif nəzəri biliklər və təcrübə əldə ediblər.
“Nar”-ın müasir telekommunikasiya avadanlığının quraşdırıldığı xüsusi laboratoriyada peşəkar texniki işçi heyəti tərəfindən tələbələr üçün təlimlər və seminarlar keçirilir. Universitetdəki laboratoriyanın təchizatı və tələbələr üçün nəzərdə tutulmuş təcrübə proqramı “Nar”-ın gənclər və təhsilə yönəlmiş KSM strategiyası çərçivəsində həyata keçirilir.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: