AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilibAzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib Azərbaycan Texniki Universitetində yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Universitetin tərbiyə işləri üzrə prorektoru, professor İsa Xəlilov tanınmış ədibi salamlayaraq dəvəti qəbul edib AzTU tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. Prorektor qeyd edib ki, yazıçı ilə görüş tələbələrin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub.
Öz növbəsində Elxan Elatlı da tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. Yazıçının ali təhsilinin texniki sahəyə aid olmasını bildirməsi tələbələrin böyük marağına səbəb olub. Görüş zamanı məlum olub ki, yazıçının "Düşün bir az" (məntiqi riyaziyyat məsələləri) "Maraqlı məntiq məsələləri" əsərlərinin mövzusu məhz ixtisasdan, riyaziyyata olan maraqdan yaranıb.
Tələbələrin suallarını səsləndirərkən bəzən ədəbi incəliklərlə bəzədilmiş obrazdan, bəzənsə detektiv romanların əsasında dayanan riyazi məntiqdən məharətlə istifadə edən yazıçı bütün hallarda əsərlərində olduğu kimi yüksək vətənpərvərlik ruhunu aşılayıb. O, gənclərə romanlarında mütəmadi olaraq toxunduğu Qarabağ həqiqətləri, vətənin qəhrəman övladları, şanlı tariximiz haqqında danışıb.
Görüşün sonunda tanınmış yazıçı ilə xatirə şəkili çəkdirilib və Elxan Elatlı Azərbaycan Texniki Universitetinin "Fəxri Qonağı" diplomu ilə təltif olunub.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: