Bu gün Azərbaycan Texniki Universitetinin
Tərbiyə işləri üzrə prorektoru,
xalqımızın dəyərli ziyalısı,
tanınmış alim və xeyirxah insan,
texnika elmləri doktoru, professor
İsa Əli oğlu Xəlilovun Ad günüdür.
Daha dəqiq desək, anadan olmasının
55 illik Yubileyidir!..
Biz də çox hörmətli professor İsa Xəlilovu
Ad günü və Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...
Tərbiyə işləri üzrə prorektoru,
xalqımızın dəyərli ziyalısı,
tanınmış alim və xeyirxah insan,
texnika elmləri doktoru, professor
İsa Əli oğlu Xəlilovun Ad günüdür.
Daha dəqiq desək, anadan olmasının
55 illik Yubileyidir!..
Biz də çox hörmətli professor İsa Xəlilovu
Ad günü və Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...
Müşfiq BORÇALI,
2 may 2016-cı il.
2 may 2016-cı il.
İsa Əli oğlu Xəlilov - 1961-ci il may ayının 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində anadan olmuşdur.
1968-1978-ci illərdə Faxralı kəndində orta təhsili bitirərək Azərbaycan Politexnik institutunun (Azərbaycan Texniki Universitetinin) mexanika fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində institutun ictimai işində aktiv iştirak etməklə, Lenin təqaüdçüsü olmuşdur. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, 1983-1984-cü illərdə Bakı məişət kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışmışdır.
1984-cü ildə Azərbaycan Texniki Universitetinin "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasına "Maşınşünaslıq" ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru adı almışdır.
1987-1991-ci illərdə Azərbaycan Texniki Universitetinin "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində işləmişdir. 2013-2015-ci illərdə “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsini yerinə yetirmişdir. 2015-ci ilin dekabr ayından həmin kafedranın professorudur. Bununla yanaşı 1990-1992-ci illərdə universitetin "Robot texnikası" fakültəsində tədris işləri üzrə, 1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-2008–ci illərdə rektorun müşaviri vəzifəsində işləmişdir. 2008-ci ildən Azərbaycan Texniki Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışır. 70-dən çox elmi-texniki və metodik əsərin, o cümlədən, 1 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs vəsaitinin, 13 elmi-metodik məcmuənin və 2 texniki lüğət kitabının müəllifidir. 1988-ci ildə Moskvada Bauman adına Ali Texniki Məktəbdə, Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsinin (DAAD) dəvəti ilə 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetində, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə isə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçmişdir.
1996-1997-ci illərdə Carl Duisberg Cəmiyyətinin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülmüşdür. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçmişdir.
Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D 02.171 Dissertasiya Şurasının üzvü, universitetin “İnformasiyalaşdırma Şurası”nın sədridir. 2011-ci və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir.
Rus və alman dillərində sərbəst danışır.
Ailəlidir, bir oğlu, bir qızı var.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.