AzTU GVİİM-in rəhbəri Vüqar Əliyev ZiM.Az-a bildirib ki, “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında xarici ekspertlərin iştirakı ilə keçirilir.
Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatı dəstəyi, Avropa Gənclər Forumu və “AİESEC Qlobal”-ın tərəfdaşlığı ilə keçirilir.
Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artmasına təkan vermək, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalar ilə daha yaxından tanış etmək, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumatın verilməsidir.
Təlim 3 gün keçirilmişdir.
Sonda təlim iştirakçıları şəhadətnamə ilə təltif olunmuşlar.
Müşfiq BORÇALI.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.