Xarici tələbələr AzTU-da

Xarici tələbələr AzTU-da Xarici tələbələr AzTU-da Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələri Birliyinin (ESTIEM - European Students of Industrial Engineering and Management) təşkilatçılığı ilə bir qrup xarici tələbə Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov tələbələrlə görüşündə rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Ölkədə təhsilə göstərilən diqqət və qayğıdan danışan Xalıq Yahudov bildirib ki, AzTU-da mükəmməl mühəndis kadr olmaq üçün hər bir şərait yaradılıb. Rektor Azərbaycan təhsilinin müasir dünyanın tələblərinə uyğun şəkildə sistemləşdirildiyini qeyd edib.

AzTU-nun nəzdində fəaliyyət göstərən ESTIEM LG Baku təşkilatının rəhbəri Nəzrin Şamxalova AzTU-da onların fəaliyyəti üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Nəzrin Şamxalova universitet rəhbərliyinə və xarici tələbələrə ESTİEM-in xətti ilə ölkəmizdə həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirilib ki, layihələr çərçivəsində xarici tələbələr həm Azərbaycanın təhsil sistemi, universitetləri, həm də ölkənin unikal memarlıq abidələri, əsrarəngiz Bakı şəhəri ilə tanış ola biliblər.

Görüşdə iştirak edən xarici tələbələr gördükləri qonaqpərvərlikdən danışaraq Azərbaycanı Şərqdə yerləşən müasir Qərb ölkəsi adlandırıblar.
Daha sonra Avropa miqyasında Sənaye Mühəndisliyi və Menecment sahəsində fəaliyyət göstərən yeganə təşkilat olan ESTİEM-in dünyada və Azərbaycanda layihələrindən bəhs edən video çarx nümayiş etdirilib.

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: