YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ROZA XANIM!..
TƏBRİK EDİRİK!..

Bu günlərdə Azərbaycan Texniki Universitetinin “İqtisadi nəzəriyyə və Xidmət sahələri iqtisadiyyatı” kafedrasının dosenti, iqtisadçı-alim
Roza xanım Əliyevanın
anadan olmasının
70 illik yubileyi
tamam olub.

Bu münasibətlə onun fəaliyyət göstərdiyi kafedrada yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə AzTU-nun Mühəndis biznesi və menecment fakültəsinin dekanı, profesor İlham Aslanzadə açıb, Roza xanımı yubileyi münasibətilə ürəkdən təbrik edib və ona uğurlar arzulayıb.
Daha sonra Radiotexnika və rabitə fakültəsinin dekanı, professor Bayram İbrahimov, şair-professor Sabir Cümşüd, dosent Sədaqət Əbdürəhmanova və başqaları çıxış edərək həmkarları Roza xanımı
yubileyi münasibətilə ürəkdən təbrik ediblər, yubilyara öz ürək sözlərini söyləyiblər və ona uğurlar arzulayıblar.

Qeyd edək ki, Roza Əliyeva 1970-ci ildən AzTU-da "İqtisadi nəzəriyyə və XSİ" kafedrasında əvvəlcə laborant, assistent, müəllim, baş müəllim və dosent vəzifəsində çalışır. Pedaqoji fəaliyyətini uğurla davam etdirən
Roza xanım Əliyeva mühazirə və məşğələ dərslərini yüksək tələblər səviyyəsində aparır.
O, kafedranın tədris-metodik bölməsinin üzvüdür. Tədris edilən fənnin proqramlarının tərtibində yaxından iştirak etməklə yanaşı, həm də kafedranın və universitetin ictimai işlərinfə də fəali iştirak edir.

Biz də "Ziya" qəzetinin və "ZiM.Az" saytının Yaradıcı Heyəti adından çox hörmətli Roza xanımı
yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də elmi-pedaqoji fəaliyyətində, gənc nəslin tərbiyə edilməsində və
savadlı kadrların hazırlanmasında yeni-yeni uğurlar arzulayırrq!..


Müşfiq BORÇALI,
Maral SULTANQIZI,
ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: